+99455

+994

CRM (Müştəri Münasibətlərinin İdarə Olunması) qavramını, sistemini, modellərini, analitikasını və ümumi yanaşmasını öyrətməkdir. Kursumuzun sonunda, artıq CRM sisteminin önəmini dərk etmiş, müvafiq CRM modelləri və proqram təminatlarını öz iş yerində, şirkətində və yaxud aid olduğu qurumda tətbiq etməyə hazır mütəxəssislərin olmasıdır.

CRM nədir? CRM – çox qısa ifadə etməyə çalışsaq, CRM, sizin şirkətinizin, mövcud müştəriləriniz və potensial müştərilərinizlə olan münasibətlərinizin və qarşılıqlı əlaqələrinizin idarə olunması üçün lazım olan texnoloji və strateji bir həlldir. CRM-in məqsədi çox sadədir: Biznes əlaqələrinizin inkişaf etdirilməsi və dayanıqlı gəlirliliyin təmin olunması.

CRM sistemi nədir? Şirkətlərə; müştərilərlə daim əlaqədə olmaq, biznes proseslərini hazırlamaq və təkmilləşdirmək və məmnun müştərilər vasitəsilə gəlirliliyi artırmaqda köməklik edən vasitədir.

CRM-in hansı növləri vardır?

  1. Əməliyyat CRMi
  • Satışın avtomatlaşdırılması
  • Marketinqin avtomatlaşdırılması
  • Xidmətin avtomatlaşdırılması
  1. Analitik CRM
  • DATA toplama və təhlili
  • CRM və Loyallıq sisteminin qurulması
  • Metrik və ƏFG (KPİ) müəyyənləşdirilməsi və nəzarət
  1. Strateji CRM
  • Eyni zamanda Komanda CRM-i kimi də adlanır. Fərqli komandalar, şöbə və bölmələr arasında məlumat mübadiləsini təmin edir, şirkətin ümumi effektivliyini artırmaöa xidmət göstərir və strateji inkişafına töhfə verir

CRM Modeli nədir? Şirkətin korporativ strategiyasına uyğun olan və şirkətə ən çox dəyər qatan CRM yanaşma modelidir. Tətbiq olunmaq üçün seçilən modelin detalları və modullarından asılı olmayaraq, nəticədə ali məqsəd korporativ strategiyaya dəyər qatmaq, düzgün marketing kampaniyaları və aksiyalarını tətbiq edə bilmək, düzgün və effketiv satış proseslərini tərtib etmək və ehtiyac olduğu təqdirdə təkmilləşdirmək, məqsədə uyğun müştəri xidmətləri yanaşmasını müəyyən edərək, ona uyğun təlim, nəzarət və inkişaf imkanlarını tətbiq etməkdir.

Nəticə etibarilə, “biz ölçmədiyimiz gedişatı, idarə etmirik”. Məhz bu səbəbdən CRM tətbiqinin əhəmiyyəti və qatdığı dəyərlər əvəzedilməzdir. Çünki, bir program təminatı bizim bütün davranış və iş gedişatımızı nəzarətdə saxlamıra, bizim gözümüzdən vacib nüansların qaçması labüddür. Buna görə də, CRM yanaşması və proqram təminatının tətbiq edilməsi ilə, biz:

  • Öz performansımıza nəzarət edir, inkişaf imkanlarımızı görürük
  • Əməkdaşlarımızın performansına nəzarəet edir, qeyri-effektivlikləri müəyyən edərək, təkmilləşdirmə, önləyici və ya düzəldici fəaliyyətimizi təmin edirik
  • Marketinq kampaniyalarımız, tarif və təkliflərimizin effektivliyini ölçərək, bazarın tələblərinə daha çevik cavab verə bilirik
  • Satış strategiyamz, yanaşmamaız, potensial və mövcud müştərilərdən əldə olunan qazancın və itirilmiş potensial qazancın həcmini ölçə bilirik
  • Müştəri məmnuniyyəti və məmnuniyyətsizliyi nəticəsində əldə etdiyimiz və yaxud itirdiyimiz müştəri bazasını bilmiş olur, bunlara səbəb olan əməkdaşların inkşaf etidirilməsi istiqamətində müvafiq addımlar atırıq
  • Analitik həllər və faktlara əsasalanan, məqsədə uyğun qərarlar qəbul etmək imkanımız yaranır

Bütün yuxarıda qeyd etdiyim üst səviyyədə açıqlamalardan sonra, daha ətraflı və məqsədəuyğun məlumatın əldə edilməsi üçün CRM təlimlərinə qoşulmağınızı təklif edirəm.