+99455

+994

SAT Group şirkəti tərəfindən təşkil olunmuş, 200-ə yaxın sahibkar, biznes rəhbərinin qatıldığı Biznes idarəçiliyi forumu “Jw Marriott Absheron” hotelində baş tutub. Öz fərqli formatı ilə “Əl-ələ dirçəliş” sloqanı ilə çıxış edən forumda 3 fərqli paneldə moderatorların iştirakı ilə spikerlər çıxış ediblər.

Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş 1 dəqiqəlik sükut və dövlət himni ilə başlayıb. İlkin paneldə “Biznes Strategiyası” mövzusunda danışan moderator və spikerlər eyni zamanda zaldan gələn maraqlı sualları cavablandırıblar.

Nahar fasiləsində yemək masasında gedən müzakirələri növbəti maraqlı mövzu – “İdarəetmə alətləri və trendləri” paneli əvəzləyib. Müxtəlif sektorlar üzrə rəhbər vəzifələrdə çalışan təcrübəli spikerlər öz biznesləri timsalında idarətetmə alətlərini müzakirə ediblər. Kofe fasiləsindən qayıdan forum iştirakçılarını 3-cü panel qarşılayıb.

“Post-pandemiya dövründə idarəetmə” mövzusunda tədbirin sonuna kimi davam edən sonuncu panel digərləri kimi zaldan gələn maraqlı suallarla tamamlanıb.

Sonda xatirə şəkli çəkdirən iştirakçılar yeni fikirlər, yeni əlaqələrlə ayrılıblar.