8 iyun, SAT Group şirkətinin təşkilatçılığı ilə Demirchi Tower-də B2C (pərakəndə) satış günü keçirildi.

Tədbirdə 23 dən çox şirkətin 45 nəfərə yaxın əməkdaşı iştirak etmişdir.

Tədbir B2C satış sahəsinin ekspertləri tərəfindən çıxışlar, faydalı diskussiyalar, bu sahədə aktual olan sualların həlli və yeni işgüzar əlaqələr üçün təşkil olunmuşdur.

Ekspertlər İlkin Manafov – Satışları necə artırmalı?, Sarvan Aslanov – Pərakəndə satış müştərisi ilə iş mövzularında çıxış edərək zəngin təcrübələrini iştirakçılarla paylaşdılar.

Qeyd etmək istərdik ki, SAT Group B2B satış, FMCG satış və Pərakənda satış günlərini təşkil edərək iştirakçılar üçün faydalı platforma yaradıb.