SAT Group-un təşkilatçılığı ilə 30 mart, Demirchi Tower-də bu sahəsinin mütəxəssisləri üçün B2B satış günü keçirildi.

B2B satış sahəsinin ekspertləri tərəfindən çıxışlar, faydalı diskussiyalar, bu sahədə aktual olan sualların həlli və yeni işgüzar əlaqələr üçün təşkil olan tədbirdə müxtəlif şirkətlərin rəhbərləri və korporativ satış nümayəndələri iştirak edib.

Tədbirin moderatoru Azad Qəhrəmanov idi. Ekspertlər, Sarvan Aslanov – Nə satdığımız önəmlidirmi?, Vüsal Əlisoy – Müştəri münasibətlərinin qurulması,  Cəlalə Mustafayeva – Müştərilərin ödəniş ilə bağlı öhdəliyi mövzularında öz təcrübələrini iştirakçılarla paylaşdılar. Tədbirin moderatoru Azad Qəhrəmanov sual-cavab panelini idarə edərək iştirakçılara maraqlı sualların cavablandırılması üçün şərait yaratdı.

Qeyd etmək istərdik ki, SAT Group B2B satış, FMCG satış və Pərakənda satış günlərini təşkil edərək iştirakçılar üçün faydalı platforma yaradıb. Satış günlərində iştirak ödənişsizdir.