Azərbaycanda ilk dəfə SAT Academy platformasında 47 təlimdən ibarət sürətli marketinq ixtisası təhsilinə start verildi.

47 təlimdən ibarət olan təhsil proqramı özündə marketinq araşdırmalarını, biznes strategiyalarının, biznes modellərinin hazırlanmasını, reklam, PR, CRM, brendinq, rəqəmsal marketinq, sosial media marketinq və digər zəruri marketinq sahələrini birləşdirir.

SAT Academy, marketinq mütəxəssisi 1-ci qrupda Cahan holding, Milli kart, BSC, Saffarma, Gilan, Alyans tekstil, Avromed, Media Balans şirkətlərinin nümayəndələri və 7 nəfər fərdi şəxs iştirak edir.

25 nəfər 5 ay ərzində marketinq bacarıqlarına peşəkar marketinq mütəxəssislərindən praktik məşğələlər alaraq və real layihələr həyata keçirərək yiyələnəcəklər.

Təhsil marketinq sahəsində çalışan və bu sahədə çalışmaq istəyən şəxslər üçün nəzərdə tutulub.