+99455

+994

SAT Groupun region təlimləri davam edir . Təlimçilərimiz bu dəfə "Ləzzət Qida Sənaye" MMC-nin əməkdaşlarına merçendayzinq mövsuzunda təlim keçdi. Baş tutan təlimdə onlara satışın düzgün qurulması, doğru merçendayzinq üçün vacib olan məqamlar izah edilmiş, xidmət keyfiyyətinin artırılması üsulları praktiki nümunələr əsasında göstərilmişdir . SAT Group ilə daha çox inkişaf edin, daha çox qazanın! ...

EBRD-nin keçirdiyi #Məsləhətçiilətanışlıq rubrikasının qonağı Azad Qəhrəmanov oldu və SAT Group barədə məlumatları bölüşdü.  #Məsləhətçiilətanışlıq: SAT Group For English scroll down “Biz şirkətlərə uğur qazanmaq üçün daxili marketinqə yetəri diqqət ayırmalarını və qərarları məlumat əsaslı vermələrini məsləhət görürük. 2020-ci ilin bizneslər üçün hazırladığı çətinlikləri fürsətə çevirib istifadə edən sahibkarlar növbəti illərdə bunun bəhrəsi görəcəklər”, deyə Azad Qəhrəmanov, “SAT Group” şirkətinin direktoru bildirib. “SAT Group” şirkəti 2014-cü ildən yerli bazarda fəaliyyət göstərir. 2016-cı ildən şirkət kiçik və orta sahibkarlara biznes, satış, marketinq və insan resursları...

 Sosial media platformalarından pul qazanma yolları  hələ düşünülüb icra olunmamışdır, lakin şirkətlər sosial mediada mövcudluğunun vacibliyini artıq anlamağa başlayıb. Müştərilərin, potensial auditoriyanın olduğu yerdə olmaq 2021-ci ildə şablon bir fikir kimi səslənir. Lakin müştərilərimizin sadəcə yanında olmağımız işimizi keyfiyyətli edirmi? Onların sadəcə yanında olmaq kifayətdirmi?  Təsəvvür edin ki, xoşunuza gələn bir insanın yanında sadəcə varsınız. Onun xoşuna gəlmək üçün, özünüzü xatırlatmağınız üçün heç nə etmirsiniz: münasibət qurmağa, söhbət etməyə, maraqlı əhvalat danışmağa və ya birgə kinoya baxmağa belə çalışmırsınız. Sadəcə onun...

SAT Group-un təşkilatçılığı ilə həyata keçirilən"Şirkətlər Liqası"nın məqsədi şirkətlərin işçilərinin networkingi, PR işlərinin genişlənməsinə fayda verməkdir.   Final görüşündə "Kapital Bank" komandası "Soliton LTD"yə 2:1 hesabı ilə qalib gələrək kuboku əldə etdi.   16 şirkətin qatıldığı yarışın final oyununda "Kapital Bank" vətən uğrunda şəhid olmuş əməkdaşları Fərhad Fərhadlının adı yazılmış köynəklərlə meydana çıxdı. Oyun Fərhad Fərhadlının xatirəsi yad edildikdən sonra dövlət himni səsləndirilərək başladı.  Yarışda iştirak edən bütün komandalara təşəkkür edirik. Yarışda tərəfdaşlarımız olan "Yelload" agentliyinə, "Crea Time"a, "Çinar Suları"na və "Shahdag Hotel&SPA"a...

Anar Bayramovun təlimçilik etdiyi "Strateji İdarəetmə Kursu" baş tutdu.   "Shamakhi Palace Sharadil"də həyata keçən kursda iştirakçılar stretegiyanın əhəmiyyəti, strategiyanın hazırlanma mərhələləri, strategiyanın icrası, strateji idarəetmə kimi mövzularda bilik və bacarıqlara yiyələndilər. Kursu bitirən iştirakçılara sertifikatlar təqdim olundu.    SAT Group ilə özünüzü hər an inkişaf etdirin! ...

SAT Group-un 2021 hədəflərindən biri də təlimlərinin keyfiyyətini Avropa və Amerika standartlarına daşımaqdır. Bu məqsədlə təlimçilərimiz üçün silsilə təlimlər və mentorluq dəstəyi planlamışıq. 22-23 may tarixlərində "Lənkəran Springs" oteldə baş tutan ilk tədbir Amerikanın "Bowling Green State" universitetindә “İşçilərin Təhsili və İnkişafı” sahəsi üzrə magistr təhsili almış peşəkar təlimçi, mentor, TOT eksperti Toğrul Ələkbər tərəfindən həyata keçirildi. Təlimdə 20 nəfər SAT Group təlimçisi, eləcə də SAT Group-un təlim təşkilatçıları iştirak edirdilər. Təlimdә ehtiyaclarının öyrənilməsi, öyrənmə prosesinin vә təlimlərdəki aktivliklərin qurulması, fasilitasiya və...

Şirkətlərin və bizneslərin dəyişiklikləri həyata keçirməsində, yeniliklərə daha çox uyğunlaşa bilməsində, yeni məhsul və xidmətlərin yaradılmasında uğurun ən böyük səbəblərindən biri layihələrin düzgün idarə olunmasıdır. Təbii ki,  həcmindən və müddətindən asılı olmayaraq layihələrin effektiv idarə edilməsi hər bir şirkət üçün vacibdir. Məhdud resurslar ilə hədəflərə daha tez çatmaq üçün planlaşdırma və icraya sistemli yanaşmaq tələb olunur. Aydındır ki, hər bir şirkətdə layihələrin icrasına birbaşa layihə menecerləri deyil, müxtəlif funksiyalar üzrə çalışan şəxslər də cəlb olunurlar. Əvvəlki təcrübələrdə bu əməkdaşlar bunu o...

CRM (Müştəri Münasibətlərinin İdarə Olunması) qavramını, sistemini, modellərini, analitikasını və ümumi yanaşmasını öyrətməkdir. Kursumuzun sonunda, artıq CRM sisteminin önəmini dərk etmiş, müvafiq CRM modelləri və proqram təminatlarını öz iş yerində, şirkətində və yaxud aid olduğu qurumda tətbiq etməyə hazır mütəxəssislərin olmasıdır. CRM nədir? CRM – çox qısa ifadə etməyə çalışsaq, CRM, sizin şirkətinizin, mövcud müştəriləriniz və potensial müştərilərinizlə olan münasibətlərinizin və qarşılıqlı əlaqələrinizin idarə olunması üçün lazım olan texnoloji və strateji bir həlldir. CRM-in məqsədi çox sadədir: Biznes əlaqələrinizin inkişaf etdirilməsi...

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində həyata keçirilmiş təlimlərə aid icmal videonu sizlərə təqdim edirik! Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə 2020-ci ilin sentyabr ayından etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirir. https://www.youtube.com/watch?v=jUe3pq_IMDw ...