HAQQIMIZDA

SAT Group şirkətinin fəaliyyat istiqaməti ümumi biznes konsaltinq xidmətləri, satış, marketinq və idarəetmə yönümlü təlimlərdir. SAT Group inşaat, qida, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda çalışan bir çox şirkətlərə konsaltinq xidməti göstərmiş, biznesin inkişaf etdirilməsinə yardımçı olmuşdur. Son 2 il müddətində SAT Group təlimlərində 400-dən çox şirkətin 2000-ə yaxın əməkdaşı iştirak etmişdir. SAT Group şirkəti 2017-ci ildən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının tərəfdaşıdır.

Missiyamız

Bizneslərimizin satış, marketinq, idarəçiliklə bağlı qayğılarına sahiblənib onların inkişafına təkan vermək, bununla da ümumilikdə cəmiyyətin, ölkənin inkişafına töhfə vermək.

Dəyərlərimiz

SAT Group şirkəti inanır ki, missiyasını uğurla gerçəkləşdirmək üçün korporativ dəyərlərini həmişə qoruyub saxlamalı, bütün əməkdaşlarından bu dəyərlərin bölüşülməsini gözləməlidir. Şirkətin dəyərləri onun korporativ mədəniyyətinin əsasını təşkil etməklə şirkətin bütün fəaliyyətində, qərarlarında və davranışlarında vazkeçilməzdir.

DƏYƏRLƏRİMİZ

Dürüstlük, düzgünlük

Dürüstlük, düzgünlük

Şirkətdə şəffaflıq, halallıq, dürüstlük hökmrandır. Bütün qərarlarımızda, davranışlarımızda dürüstlüyü önə çəkirik.

Şəffaflıq

Şəffaflıq

Şirkət işçilərdən heç bir məlumatını, planını gizlətmir. İnanırıq ki, bütün işçilər şirkətin durumunu anlamalı, vəziyyətini bilməlidir. Müştərilərlə münasibətdə də şəffaflığa önəm veririk.

Müştəri-yönümlülük

Müştəri-yönümlülük

Şirkətin uğurunun ən vacib şərtlərindən biri müştərilərlə münasibətlərin daim yüksək səviyyədə saxlanılması, inkişaf etdirilməsi olduğuna inanırıq.

24 saat işləyirik

24 saat işləyirik

Şərti olaraq iş vaxtı saat 19:00-da yekunlaşsa da, biz 24 saat şirkətin mənafeyini düşünür, müştərilərə ən yaxşı xidmət göstərməyə çalışırıq.

Məsuliyyətlilik

Məsuliyyətlilik

Bütün qərarlarımızın məsuliyyətli, əsaslandırılmış olmasına çalışırıq.

Eşidilmək

Eşidilmək

Vəzifəsindən asılı olmayaraq hamımız bir-birimizi dinləməkdə, eşitməkdə maraqlıyıq.