+99455

+994

Şirkətlərin və bizneslərin dəyişiklikləri həyata keçirməsində, yeniliklərə daha çox uyğunlaşa bilməsində, yeni məhsul və xidmətlərin yaradılmasında uğurun ən böyük səbəblərindən biri layihələrin düzgün idarə olunmasıdır. Təbii ki,  həcmindən və müddətindən asılı olmayaraq layihələrin effektiv idarə edilməsi hər bir şirkət üçün vacibdir. Məhdud resurslar ilə hədəflərə daha tez çatmaq üçün planlaşdırma və icraya sistemli yanaşmaq tələb olunur. Aydındır ki, hər bir şirkətdə layihələrin icrasına birbaşa layihə menecerləri deyil, müxtəlif funksiyalar üzrə çalışan şəxslər də cəlb olunurlar. Əvvəlki təcrübələrdə bu əməkdaşlar bunu o...

CRM (Müştəri Münasibətlərinin İdarə Olunması) qavramını, sistemini, modellərini, analitikasını və ümumi yanaşmasını öyrətməkdir. Kursumuzun sonunda, artıq CRM sisteminin önəmini dərk etmiş, müvafiq CRM modelləri və proqram təminatlarını öz iş yerində, şirkətində və yaxud aid olduğu qurumda tətbiq etməyə hazır mütəxəssislərin olmasıdır. CRM nədir? CRM – çox qısa ifadə etməyə çalışsaq, CRM, sizin şirkətinizin, mövcud müştəriləriniz və potensial müştərilərinizlə olan münasibətlərinizin və qarşılıqlı əlaqələrinizin idarə olunması üçün lazım olan texnoloji və strateji bir həlldir. CRM-in məqsədi çox sadədir: Biznes əlaqələrinizin inkişaf etdirilməsi...

İşləmə prossesləri tək bir nəfərə bağlı olmayan şirkətlərə korporativ şirkətlər deyilir. Korporativ şirkətlərdə görüləcək işlər əvvəlcədən planlanmış, təsdiqlənmiş strategiyaya , dəyərlərə, şirkətin mədəniyyətinə uyğun olaraq görülür. Həmçinin hər sahənin öz mütəxəssisi və ya işçiləri vardır. Hərkəs hansı işi necə görməli olduğunu əvvəlcədən bilir. Korporativləşmiş şirkətlərdə komanda ən üstdəki bir şəxsin idarəsi ilə yox, bağlı olduqları departamentlərin idarəetməsi ilə işləyirlər. Bir nəfərin əksikliyi və ya fikirləri ümumi prossesi dəyişdirmir. İdarəetmə varsa ölçülə bilmə də vardır. Bu cür şirkətlərdə kontrol və hesabatlılıq sistemi də...

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində həyata keçirilmiş təlimlərə aid icmal videonu sizlərə təqdim edirik! Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə 2020-ci ilin sentyabr ayından etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirir. https://www.youtube.com/watch?v=jUe3pq_IMDw ...