15 fevral, Hilton oteldə biznes sahiblərini və satış/marketinq mütəxəssislərini birləşdirən SAT FORUM keçirildi. SAT 2020-də ən az 300 nəfər sahibkar və satış peşəkarları iştirak edib. 4-cü dəfə keçirilən SAT Forumda müasir satış üsulları, daim yenilənən satış texnikaları və ənənəvi satış üsullardan danışıldı, iştirakçılar satış zamanı onları narahat edən məqamlarla bağlı ekspertlərə suallar təqdim edərək bir yerdə müzakirələr apardılar. SAT FORUM satış texnikaları və alətləri, satışın idarəetməsi üzrə 2 paneldən ibarət idi. Hər paneldə 1 moderator və 4 spiker olmaqla toplamda 10 nəfər...