Azərbaycanda ilk praktik marketinq seminarı olaraq fəaliyyət göstərən “Marketing AİR” oktyabr ayının 10-dan etibarən yenidən təlimlərə start verir. Facemark.az xəbər verir ki, son 7 ildə artıq 14 belə praktik marketinq təlimləri keçirilib və indiyədək 600-dən çox məzunu olub. Təlimlərin konsepsiyası dörd amilin üzərində dayanır. Belə ki, bu təlimlərdə Biznes, İdarəetmə, Marketinq və Praktik yanaşma üzərində tədris həyata keçiriləcək. Təlimlərdə 20 seminar olmaqla 4 əsas mövzu əhatə edilir. Bu mövzularda Biznesin yaradılma alqoritmi, idarəetmə prosesində olan məsələlər və Marketinq tədris ediləcəkdir. Həmçinin, təlimlər zamanı...