Satış və Marketinq sahəsində karyera qurmaq istəyənlər üçün SAT Group tərəfindən tədbir təşkil olundu. Tədbirin məqsədi satış və marketinq sahəsinə marağı olan gənclərin düzgün istəqaməti seçmələrinə və karyera planlamalarına yardım etmək idi. SAT Group şirkətinin direktoru Azad Qəhrəmanov – Satışda karyera, Nar marketinq araşdırmaları meneceri – Tural Həsənov marketinqdə karyera mövzularında çıxış etdilər. SAT Group gənclərə həm təhsil almaq, həm də iş başlaya bilmələri üçün SAT Academy layihəsini yaratmışdır. SAT Academy layihəsində Satış Mütəxəssisi, Marketinq Mütəxəssisi və Satışa Rəhbərlik ixtisasları mövcuddur. 5 aylıq...

8 iyun, SAT Group şirkətinin təşkilatçılığı ilə Demirchi Tower-də B2C (pərakəndə) satış günü keçirildi. Tədbirdə 23 dən çox şirkətin 45 nəfərə yaxın əməkdaşı iştirak etmişdir. Tədbir B2C satış sahəsinin ekspertləri tərəfindən çıxışlar, faydalı diskussiyalar, bu sahədə aktual olan sualların həlli və yeni işgüzar əlaqələr üçün təşkil olunmuşdur. Ekspertlər İlkin Manafov – Satışları necə artırmalı?, Sarvan Aslanov – Pərakəndə satış müştərisi ilə iş mövzularında çıxış edərək zəngin təcrübələrini iştirakçılarla paylaşdılar. Qeyd etmək istərdik ki, SAT Group B2B satış, FMCG satış və Pərakənda satış günlərini təşkil...

Bu ilin 24-25 iyun tarixində 7-ci dəfə keçirilən Milli Marketinq forumunda SAT Group tərəfdaş olaraq iştirak etdi. 300-ə yaxın şirkətin nümayəndələrinin iştirak etdiyi tədbirdə toplam 6 panel və hər paneldə 4 spiker olmaqla, 30 nəfər spiker çıxış etdi. Forumunun keçirilməsində əsas məqsəd yerli marketoloqların bazarda olan yeni tendensiyalarının müzakirə edilməsi və ümumi marketinqə olan baxışını müsbət istiqamətdə dəyişməkdir. Bu müzakirələr əsasında ölkə marketoloqları daha sistemli şəkildə bilik mübadiləsini həyata keçirir, uğurlu keyslərlə tanış olur və milli marketinq bazarında olan yeniliklərdən xəbərdar olurlar. SAT...

SAT Group, 15 Mart 2019-cu il tarixində Caspian Business Hoteldə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə  təşkil olunan “Partners & Business” Baku 2019 sərgi-konfransında sponsor olaraq iştirak etdi. 100-dən artıq yerli şirkətlərin öz məhsullarını nümayiş etdirdikləri sərgi-konfransın keçirilməsində məqsəd yerli sahibkarlıq subyektləri arasında sıx əlaqələrin qurulması idi. SAT Group şirkəti daim cəmiyyətin, ölkənin inkişafına töhfə verən forumlara dəstək olmağa çalışmışdır. Bundan əlavə SAT Forum və Biznes İdarəçəliyi forumlarının təşkilətçısıdır....