Biznes İdarəçilik Forumu SAT Group komandası tərəfindən ilk dəfə təşkil olunur. Azərbaycanda Biznes İdarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir. Bu baxımdan Biznes İdarəçiliyi Forumunun keçirilməsində əsas məqsəd dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır. Biznes İdarəçilik Forumu bu ilin 02 Noyabr tarixində Bulvar Hotel-in Tağıyev zalında keçiriləcəkdir. Forumda ən az 200 nəfər sahibkar və top menecerin iştirakı nəzərdə tutulub. Biznes idarəçilik forumu...