SAT Group şirkəti daim gənclərin inkişafına dəstək olmağa çalışır və bununla bağlı mütəmadi olaraq sosial layihələr həyata keçirir. İyul ayının 23-ü tarixindən başlayaraq 22 yaşadək, satış işində çalışan və karyerasını inkişaf etdirmək istəyən gənclər üçün ödənişsiz Praktiki Satış kursu başlayacaq. 9 təlimdən ibarət olan kurs peşəkar təlimçilər tərəfindən keçirilir.Burada iştirakçılar sınaqdan çıxmış satış texnikalarını öyrənməklə yanaşı, yerindəcə onları tətbiq edir, məşq edir və özünküləşdirirlər. Çoxsaylı praktiki proseslər, yarışmalar, çəkişmələr və tapşırıqların sayəsində kurs ərzində verilən bilgilər maksimum həzm olunur. Dərhal nəticələr görünməyə...