SAT Group şirkəti tərəfindən Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetində Azərbaycanın qərb rayonlarında fəaliyyət göstərən sahibkarlar, rəhbərlər, satış və marketinq mütəxəssisləri üçün biznes təlimləri təşkil olunmuşdur. Aprel ayının 7-8-21-22 tarixlərində Praktiki Satış kursu, Peşəkar İdarəçilik, Sosial Media Marketinq və Praktiki Marketinq kursları hər gün 6 saat olmaqla intensiv şəkildə aparılmışdır. Təlimlər Anar Bayramov, Rafiq Hunaltay, Murad Qəhrəmanlı, Sərvan Aslanov və Pərviz Əzimov kimi peşəkar təlimçilər tərəfindən keçirilmişdir. Təlimlərdə Superfon, Şəmkir Aqro park,Lab Med tibb mərkəzi, Gens elektirk, A-group sığorta, Belissa mebel, Mutfakçı, Göygöl...

Biznesdə uğur atılmış addımların, verilmiş qərarların düzgünlüyündən asılıdır. Sahibkarın, rəhbər şəxsin doğru qərarlar verməsi üçün isə mütləq bazar, rəqiblər, müştərilər, müştərilərin fikir və münasibətləri haqda dəqiq məlumatları olması gərəkir. Bu səbəbdən SAT Group şirkəti 08.05.2018 tarixindən Marketinq Araşdırmaları kursuna start verəcək. Kurs şirkət sahibləri, sahibkarlar, satış rəhbərləri və marketinq mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Kurs zamanı şirkətin ümumi strategiyasının qurulması üçün imkan və risklərin müəyyən edilməsi, rəqabət mühitinin araşdırılması, müştəri tələbatlarının dəqiq müəyyən edilməsi və müştəri məmnuniyyətinin yüksəldilməsi ilə bağlı məlumatları əldə...