SAT Forum satış adamlarının forumudur. Satış Forumu SAT Group, FİL Agency komandası tərəfindən artıq iki dəfə təşkil olunmuşdur. SAT Forumun məqsədi əsas biznes funksiyası olan satış üzrə təcrübə paylaşma platformasını yaratmaq, inkişaf etdirməkdir. Forumda bu sahə üzrə ixtisaslaşan mütəxəssislər iqtisadi çətinlik dövründə biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv strategiya istiqamətlərinin müəyyən olunması ilə bağlı öz şəxsi təcrübə və biliklərini iştirakçılarla paylaşırlar. SAT Forum 1, 2017-ci ilin fevral ayında “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında” keçirilmişdir. Forumda 350-400 nəfərə yaxın iştirakçı iştirak etmişdir. Bir xarici...