İkinci Biznes İdarəçiliyi Forumunun əsas məqsədi ölçüləbilən, sistemli idarəçiliyi təbliğ etmək və bu istiqamətdə yerli idarəçiləri maarifləndirməkdir. Buna uyğun olaraq sloqan düşünülüb. Sloqan üçün əsas olaraq ölçmək, sistemin qurulması və idarəçilik frazalarından istifadə olunub. Nəticə olaraq “Ölç. Qur. İdarə et.”  sloqanı ərsəyə gəlib.

Biznes İdarəçiliyi Forumu 08 Noyabr tarixində, “Boulevard” hoteldə 2-ci dəfə keçiriləcək.

Azərbaycanda Biznes İdarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir. Bu baxımdan Biznes İdarəçiliyi Forumunun keçirilməsində əsas faktor dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır.

“BİF2019” “SAT Group”  komandası tərəfindən təşkil olunur.

Bu il 3 panel, moderator və hər paneldə 3-4 spiker olmaqla, toplam 10-dan çox ölkənin aparıcı şirkətlərinin top menecerlərinin spiker olması planlaşdırılıb.

Forumda spikerlər “Ölçülü idarəetmə”, “Sistemli idarəetmə”, “Strateji idarəetmə” panellərində çıxış edəcəklər.

Nəzərinizə çatdıraq ki, Forumun biletləri artıq satışdadır. Biletləri Facebook səhifəsində onlayn sifariş göndərməklə, saytda qeydiyyatdan keçməklə və +994552150012 nömrəsi ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti: 120 AZN

BİF 2019-in keçirilməsinə dəstək olan tərəfdaşlarımız:

Təşkilatçı: “SAT Group”

Kreativ və dijital tərəfdaş: “Morpho”

Çap və Promo dəstəyi: “CreaTime”

Sponsor: “İdeal Dizayn”

Dəstəkçi: “Erickson Azerbaijan”

Media dəstəkçi: “Marja.az”, “Facemark.az”, “Finans.az”, Financetime.az, Banco.az, Baku.ws

Dəstəkçilər: “Marketing AİR”, “SAT Academy”