Sat Academy

Tibbi marketinq və idarəçilik kursu

KURS KİMLƏR ÜÇÜNDÜR:

  • Klinika sahibləri
  • Klinika idarəçiləri

Hansı klinikalar?

  • – Stomatoloji klinikalar
  • – Monoprofilli klinikalar
  • – Hospitallar
  • – Diaqnostika mərkəzləri
  • – Estetik Mərkəzlər
  • – Sağlamlıq Mərkəzləri

KURSUN FAYDALARI

  • Klinikanızın uğurla brendləşməsi üçün əsas texnikalara sahiblənəcəksiniz.
  • Klinikanıza müştəri axını yaradacaq mükəmməl marketinq biliklərinə yiyələnəcək və dərhal istifadə edə biləcəksiniz
  • Effektli kompaniyalar təşkil edəcəksiniz.
  • Müştərilərinizin sizə sadiq qalmasını və xidmətlərinizdən davamlı olaraq istifadəsini təmin edəcək “Loyallıq sistemini” qurmağı öyrənəcəksiniz
  • Klinikanın və onun personalının maksimum effektlə işləməsini təmin edəcək idarəçilik biliklərinə yiyələnəcək; uğurlu idarəçilik, nəzarət və hesabatlılıq sisteminiz olacaq.
  • SMM (Sosial Mediya Marketinq). Sosial Medianın bütün gücündən öz klinikanızın inkişafı üçün istifadə etməyi öyrənəcəksiniz.

Qeydiyyatdan keçmək üçün:  +99412 409 2490

KURSUN PROQRAMI

1-ci gün

1. Klinikanın brendinqi (ev tapşırığı veriləcək) – 2 saat

  • – Klinikanın brendinq strategiyası
  • – Güclü klinika brendi necə yaradılır?
  • – Brendi brend edən nədir?
  • – Brendin potensial müştərilərlə kontakt nöqtələri
  • – Brend kommunikasiyası

Günortadan sonra:

2. Praktiki tapşırıqlar (brendinqə aid) – 2 saat

  • – Brendinq strategiyasının hazırlanması (komanda ilə iş)

2-ci gün

3. Klinikalarda əsas idarəetmə problemləri. Həlli yolları. – 2 saat.

  • – Klinikanın ümumi strategiyası. Biznesimiz hara gedir? Marketinq strategiyası.
  • – Klinikada əsas problemlər nədir?
  • – Klinikanın problemlərinin həlli yolları.

Günortadan sonra:

4. Klinikanın idarə olunması. İdarəetmə sistemi. – 3 saat.

  • – Klinika necə idarə olunmalıdır? Yaxşı klinikanı digərlərindən fərqləndirən əsas amillər.
  • – İşçilərin idarə olunması. Liderlik, motivasiya. İşçilərin loyallığı. Performans dəyərləndirməsi.
  • – Planlama – strateji planlama, satış planı və s.
  • – Hesabatlılıq.
  • – Data menecmenti.
  • – CRM. Müştərimizi tanıyırıqmı? Tanımaq nə üçün vacibdir?
  • – Müştəri loyallıq proqramı.

3-cü gün

5. Klinikanın Marketinq Kommunikasiyası. Hansı reklam daha effektlidir? Marketinq büdcəsi necə idarə olunmalıdır? – 3 saat

  • – Marketinq Kommunikasiya planı
  • – Hədəf kütləyə necə çatmaq olar?
  • – Marketinq büdcəsinin hazırlanması
  • – Reklamların effektivliyi
  • – Reklam kanallarının müqayisəsi
  • – SMM (Sosial Mediyada Marketinq)
  • – Ənənəvi media ilə yeni medianın (SMM) fərqi
  • – Google reklamı
  • – Websayt
  • – Kampaniyaların təşkili

Kursun qiyməti: 450 manat

Ödənişə daxildir:

  • Bütün təlimlərdə iştirak
  • Praktiki tapşırıqlar, komandalarla iş
  • 5* oteldə yerləşmə (2 gecə 3 gün)
  • Gündə 3 dəfə qidalanma
  • 5* otel istirahəti (qapalı basseyn, SPA, trenajor zalı)
  • Füsunkar təbiət qoynunda aktiv istirahət
  • Təcrübəli marketinq mütəxəssisləri ilə birbaşa ünsiyyət və məsləhətləşmək imkanı

Təlimçi

İLKİN MANAFOV

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Marketinq üzrə fəlsəfə doktoru olan İlkin Manafov Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Türkiyə kimi ölkələrdə Marketinq və Satışın idarəedilməsi sahəsində çalışıb.

Uzun illər EMBAWOOD şirkətinin marketinq departamentinə rəhbərlik edən İlkin bəy hazırda GERMAN STUDİO şirkətinin və EVİN mağazalar şəbəkəsinin sahibidir.

İlkin Manafov marketinq, satış və biznesin idarə edilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifi, Amerika Marketinq Assosasiyasının üzvüdür. Marketinq AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisidir. Milli Marketinq Forumunun (MMF) təsisçilərindən və təşkilatçılarından biridir.

Azərbaycan dilində ilk brendinq kitabı olan “360 dərəcə brendinq” kitabının müəllifidir.

ANAR BAYRAMOV

marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.

10 ilə yaxın menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. 2015-2017-ci ilin May ayına kimi Dəmirbank ASC-nin marketinq departamentinin rəhbəri vəzifəsində çalışmışdır. Hazırda Az-Granata Ticarət və Dağıtım şirkətinin baş direktorudur.

Rafiq Hunaltay

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini Marketinq (bakalavr və magistr) və Anadolu Universitetini PR ixtisası üzrə bitirib. Hazırda ADİU-da dissertantdır.

Marketinq sahəsində 8 ildən artıq iş təcrübəsin olan Rafiq bəy, İdeal parfum və kosmetika mağazaları şəbəkəsində marketinq departamentinə 7 il rəhbərlik etmişdir. Hal-hazırda Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Departamenti Rəhbəridir.

Rafiq Hunaltay bir çox şirkətlər üçün marketinq konsultasiya və kreativ konsept hazırlanmasını həyata keçirir.

Azərbaycanda ilk online marketinq portalı olan www.facemark.az -ın təsisçisi, Marketinq AIR təlimlərinin və FMR TV - onlayn marketinq televiziyasının həmtəsisçisidir.

Eyni zamanda illik olaraq keçirilən Milli Marketinq Forumu (MMF), Digital Marketing Conference (DMC), Satış Forumu, Maliyyə və İnvestisiya Forumu (FİF) həmtəsisçisidir.

“Bu günün marketinqi 1” (Bakı-2015), "Bugünün Marketinqi 2" (Bakı 2016) və "Böhrandan Yeni Dövrana" kitabının müəllifidir

Azad Qəhrəmanov

satış mütəxəssisi, təlimçi

Azərbaycan Tibb Universitetinin Müalicə -profilaktika fakültəsində təhsil alıb, ixtisasca həkim – terapevtdir.

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmış, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsini hazırlamışdır.

Hazırda Sat Group şirkətinin direktorudur. SAT kitabının müəllifidir.

Kursa qatılmaq üçün müraciət