Sat Academy

Stomarketinq

Kurs kimlər üçündür:

  • Stomatoloqlar
  • Müxtəlif sahədə çalışan və danışıqlar aparmaq zərurəti olan həkimlər
  • Həkim assistentləri

Kursun ümumi faydası

  • Həkim öz şəxsi brendini daha uğurla yaradacaq və inkişaf etdirəcək
  • Pasientlərlə danışıqlar aparmaq və öz xidmətlərini reallaşdırmaq daha asan olacaq.
  • Pasient bazası böyüyəcək
  • Müştəri məmnuniyyəti yüksələcək
  • Uğurlu inkişaf və marketinq planı olacaq

Stomarketinq kursuna daxildir:

Marketinq təlimləri

  1. – Stomatoloqun şəxsi brendinin yaradılması. Brend nədir? Stomatoloqun şəxsi brendi nə deməkdir. Brendi yaratma planı. Brendin əsas alətləri.

 

Pasientlərlə danışıqlar

  1. – Pasientlərlə danışıqlara hazırlıq. Pasient tipləri və onlara düzgün yanaşma qaydaları. Stomatoloq tipləri. Ünsiyyət zamanı düzgün mövqe seçimi. Danışıqlara hazırlıq. Ekspert – stomatoloq. Pasientlərin analizi.
  2. – Pasientlə danışıqlarda ilk addım – kontaktın qurulması. Əsas ünsiyyət texnikaları. “Başqasının dili ilə” treninqi. “Kompliment” treninqi.
  3. – Pasientin tələbatının öyrənilməsi. Tələbat aşkarlamaq üçün “ağıllı suallar” treninqi. Tələbat yaratma texnikaları. Yeni xidmət növlərinə tələbat yaratmaq üçün suallar.
  4. – Stomatoloji xidmətlərin effektli təqdimatı. İstək yaradan təqdimat. Faydaların dili ilə treninqi. “Ekspert” təlimi.
  5. – Pasientlərin  etirazları ilə iş. Əsas etirazların əsas səbəbləri. Etirazla işin addımları. “Etirazdan razılaşmaya” təlimi. Etirazların profilaktikası.
  6. – Qiymət danışıqları. Qiymət danışıqlarının aparılması. Qiymət əsaslandırma. Qiymət etirazları ilə iş.
  7. – Danışıqların bitirilməsi. Danışıqdan işə, qeydiyyata keçmək üçün 5 əsas texnika.

 

Kurs 8 təlimdən ibarətdir.

Təlimlər həftədə 2 dəfə olmaqla 19.00-21.30 arası keçirilir.

Təlimçi

Azad Qəhrəmanov

satış mütəxəssisi, təlimçi

Azərbaycan Tibb Universitetinin Müalicə -profilaktika fakültəsində təhsil alıb, ixtisasca həkim – terapevtdir.

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmış, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsini hazırlamışdır.

Hazırda Sat Group şirkətinin direktorudur. SAT kitabının müəllifidir.

ANAR BAYRAMOV

marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.

10 ilə yaxın menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. 2015-2017-ci ilin May ayına kimi Dəmirbank ASC-nin marketinq departamentinin rəhbəri vəzifəsində çalışmışdır. Hazırda Az-Granata Ticarət və Dağıtım şirkətinin baş direktorudur.

İLKİN MANAFOV

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Marketinq üzrə fəlsəfə doktoru olan İlkin Manafov Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Türkiyə kimi ölkələrdə Marketinq və Satışın idarəedilməsi sahəsində çalışıb.

Uzun illər EMBAWOOD şirkətinin marketinq departamentinə rəhbərlik edən İlkin bəy hazırda GERMAN STUDİO şirkətinin və EVİN mağazalar şəbəkəsinin sahibidir.

İlkin Manafov marketinq, satış və biznesin idarə edilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifi, Amerika Marketinq Assosasiyasının üzvüdür. Marketinq AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisidir. Milli Marketinq Forumunun (MMF) təsisçilərindən və təşkilatçılarından biridir.

Azərbaycan dilində ilk brendinq kitabı olan “360 dərəcə brendinq” kitabının müəllifidir.

Rafiq Hunaltay

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini Marketinq (bakalavr və magistr) və Anadolu Universitetini PR ixtisası üzrə bitirib. Hazırda ADİU-da dissertantdır.

Marketinq sahəsində 8 ildən artıq iş təcrübəsin olan Rafiq bəy, İdeal parfum və kosmetika mağazaları şəbəkəsində marketinq departamentinə 7 il rəhbərlik etmişdir. Hal-hazırda Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Departamenti Rəhbəridir.

Rafiq Hunaltay bir çox şirkətlər üçün marketinq konsultasiya və kreativ konsept hazırlanmasını həyata keçirir.

Azərbaycanda ilk online marketinq portalı olan www.facemark.az -ın təsisçisi, Marketinq AIR təlimlərinin və FMR TV - onlayn marketinq televiziyasının həmtəsisçisidir.

Eyni zamanda illik olaraq keçirilən Milli Marketinq Forumu (MMF), Digital Marketing Conference (DMC), Satış Forumu, Maliyyə və İnvestisiya Forumu (FİF) həmtəsisçisidir.

“Bu günün marketinqi 1” (Bakı-2015), "Bugünün Marketinqi 2" (Bakı 2016) və "Böhrandan Yeni Dövrana" kitabının müəllifidir

Kursa qatılmaq üçün müraciət