Sat Academy

SMM (Sosial Media Marketinq) kursu

Sizin potensial müştəriləriniz vaxtlarının çoxunu FB və ya İnstagram izləməyə sərf edirlərsə, Sosial Media vasitəsilə müştəri cəlb etməyi, müştərilərlə əlaqələr qurmağı, internet üzərindən satışlar etməyi öyrənməyin vaxtıdır!

Sat Group SMM kursu xüsusi olaraq satışa yönəlik qurulmuşdur.

Kursa aşağıdakı 10 təlim daxildir:

1. Sosial şəbəkələrdə (Facebook, İnstagram və s.) səhifələrin düzgün və cəlbedici formada yaradılması və doğru tərtibatı.

2. Sosial Mediada doğru məzmunun yaradılması və idarə edilməsi.

3. Facebook Ads Manager – Post və page ads. (Sosial şəbəkələrdə reklam funksionallıqları. Videoların, şəkillərin, saytın və s. düzgün, effektli reklam olunması. Hədəf kütlə seçiminin qaydaları. Reklam büdcəsinin seçimi.).

4. Facebook ADS Manager – İnstagram tool. Dataların sosial mediada istifadə olunması.

5. Sosial Media dizayn hazırlama qaydaları.

6. Satış piramidası, piramidaya uyğun marketinq kommunikasiyaları.

7. Məzmun hazırlama, copywriting.

8. Sosial Mediada CRM.

9. Sosial Media üçün yardımçı platformalar (anket, qeydiyyat, sorğu, çərçivə və s.). Tapşırıq.

10. Tapşırıq. Monitorinq.

Təlimlər həftədə 2 dəfə olmaqla keçiriləcək.

Qrupda 7-8 iştirakçı olacaq. İştirakçılar təlimlərə öz kompüterləri ilə gəlirlər.

Kursun qiyməti 300 manatdır.

Müştəri rəyləri

Vüsal İmanov
Tibb sahəsi, menecer
Uğur əldə etmək istəyinizin başlanğıc nöqtəsi.
Nərmin Qurbanova
Blogger
Mən, Nərmin Qurbanova. Hal-hazırda marketinq üzrə magistr tələbəsiyəm. Bundan əlavə dekor üzrə şəxsi biznesim var. Bu biznesimi inkişaf elətdirmək üçün düşündüm ki, ən önəmli yol SMM-dən keçər. Bu səbəbdən SAT Group-un SMM kursuna müraciət elədim. Bu kursun digərlərindən fərqi məncə ondan ibarətdir ki, öyrəncəli, faydalı olmasından yanaşı eyni zamanda ailə mühitidir və səmimi ortam içərisindədir. Bundan əlavə Pərviz müəllimin öyrətdiyi biliklər gələcək karyeramda çox böyük köməyi olacaq. Hər şey üçün çox sağolun.
Elvin Nəzərov
Tikinti və reklam, menecer
SAT Groupun təşkil etdiyi Sosial Media Marketinq təlimində iştirak etdim. Öz adımdam təlimi təşkil edən hər bir şəxsə minnətdarlığımı bildirirəm. Təlimdə çox şey öyrəndik. Ümid edirəm ki, gələcək iş həyatımda, karyeramda burda öyrəndiklərimi tətbiq edəcəm. Daha çox uğur və daha çox nailiyyət əldə edəcəm. Hər bir kəsə təşəkkür edirəm.

Təlimçi

Pərviz Əzimov

SMM və rəqəmsal marketinq mütəxəssisi, təlimçi

2005-ci ildə Lənkəran Dövlət Universitetini bitirib.

Peşəkar fəaliyyətinə 2004-cı ildə jurnalistika ilə başlayan Pərviz Əzimov, 2011 – 2012-ci illərdə PR menecer kimi fəaliyyət göstərib.4 ildən çoxdurki, bir neçə yerli və beynəlxalq şirkətdə marketinq və rəqəmsal marketinq mütəxəssis kimi çalışır.

Hazırda Azərbaycanın və Qafqazın ilk mühərrik yağları istehsalçısı olan Technol şirkətində marketinq direktor vəzifəsini icra edir.

Azərbaycan dilində ilk Rəqəmsal Marketinq kitabının müəllifi, Digital AIR təlimlərinin həmtəsisçisidir.

Məlumat və qeydiyyat formu