Sat Academy

Şəxsi inkişaf düşərgəsi

İş həyatımız uzun marafona bənzəyir. Bu marafonda biz öz enerjimizi və əsəblərimizi sərf edirik. Hərdən bizə fasilə etmək, yenidən enerji toplamaq, əsəblərimizi bərpa etmək, əhvalımızı dəyişmək lazım gəlir.

Şəxsi İnkişaf Düşərgəsi sizə cəmi 3 günün içində ləzzətli yay istirahəti etməyə, pozitiv enerji toplamağa, əsəblərinizi dinlədərək iş ilinin gərginliyindən azad olmağa imkan verəcək. Üstəgəl siz 80-ə yaxın yeni dost qazanmış olacaq, əlaqələrinizi genişləndirəcəksiniz. 3 gün ərzində keçiriləcək çox maraqlı psixoloji təlimlər, komanda yarışmaları isə sizi daha güclü, daha effektli insana çevirəcək, sizdə xüsusi bacarıqlar formalaşdıracaq.

Proyekt xüsusi Amerika proqramı ilə hazırlanıb. Son 4 ildə Şəxsi İnkişaf Düşərgələrində 300 – dən çox insan iştirak edib.

KURS KİMLƏR ÜÇÜNDÜR:

  • – 18 yaşdan yuxarı hər kəs
  • – Ailəvi qatılmaq da mümkündür

DÜŞƏRGƏNİN PROQRAMI:

  • 1-ci gün
  • – 11.00 İlkin toplantı
  • – 11.30 Komandaların yaradılması
  • – 15.00 Psixoloji təlimlər (“Əks əlaqə”, “Dairə və mən”, “Şüuraltının şəkli”)
  • – 20.00 Voleybol yarışı
  • – 21.30 Axşam əyləncəsi (intellektual oyunlar, futbol, diskoteka)
  • 2-ci gün
  • – 07.00 Səhər idmanı
  • – 07.30 Voleybol yarışı
  • – 11.00 Komanda təlimləri (“Hörümçək toru”, “Labirint”, “Etibar düşüşü”)
  • – 16.00 Komanda təlimləri
  • – 20.00 Voleybol yarışı
  • – 21.30 Axşam əyləncəsi (intellektual oyunlar, futbol, diskoteka)
  • 3-cü gün
  • – 07.00 Səhər idmanı
  • – 07.30 Voleybol – final
  • – 11.00 Sınaq təlimi
  • – 16.00 Yekun toplantı (komandaların təqdimatları)

Qiymət: 250 manat
Ödənişə daxildir:

  • – Transfer (Bakı – Lənkəran, Lənkəran – Bakı)
  • – Oteldə 3 gün, 2gecə yerləşmə (2 nəfərlik otaqlarda)
  • – 3 gün ərzində gündə 3 dəfə qidalanma
  • – Futbolka
  • – Bütün təlimlər
  • – Bütün əyləncələr

Kursa qatılmaq üçün müraciət