Sat Academy

Satışa rəhbərlik kursu

Satış rəhbəri şirkətə həyat verən əsas komandaya – satış komandasına rəhbərlik edir. Onun peşəkarlığından, idarəçilik və liderlik bacarıqlarından həm şəxsi rifahı, həm idarə etdiyi satıcıların rifahı, eyni zamanda bütün şirkətin rifahı və gələcəyi asılıdır.

Uğurlu satış rəhbəri olmaq üçün aşağıdakı bacarıqlara sahib olmaq gərəkir:
  • Perspektivli kadrları tapmaq və komandaya cəlb etmək bacarıqları
  • Satıcıların yetişdirmək və daim inkişaf etdirmək bacarıqları
  • Satıcıların motivasiya vermək və gündəlik işə kökləmək bacarıqları.
  • Effeklti nəzarət – hesabatlılıq sistemi sayəsində satış personalını daim yüksək tonusda saxlamaq, düzgün və səmərəli işləmələrini təmin etmək bacarıqları.
  • Çətin durumlarda dərhal reaksiya verib problemləri effektli çözmək bacarığı.
  • Ümumi olaraq marketinq və satışdan baş çıxarmaq, bazarda baş verən dəyişiklikləri tez görüb uyğun addımlar atmaq bacarığı.

Yuxarıdakı bacarıqlara sahiblənmək sizə satışda yüksək nəticələr göstərməyə, uğurlu satış adamı kimi tanınmağa, şirkətinizi inkişaf etdirməyə imkan verəcək.

Sat Group şirkəti sizə “satışa rəhbərliyin” əsas incəliklərini uğurlu, zəngin təcrübəyə sahib satış mütəxəssislərindən 3 günlük intensiv kurs vasitəsilə öyrənməyə dəvət edir.

Kurs kimlər üçündür?
  • • Satış rəhbərləri
  • • Kiçik və orta biznes sahibləri

1-ci gün
  • Satış personalı seçimi, kriteriyalar, seçim prosesi
  • – Satıcı tipləri. Potensiallı satıcı kimdir?
  • – Hardan tapmalı? Seçim prosesi. Seçim kriteriyaları.
  • – “İntervyu” treninqi.
  • Satiş personalının yetişdirilməsi
  • – Yeni satış nümayəndəsinin işə tam qoşulmasına qədər olan addımlar
  • – Məhsul bilgisi. Rəqiblər və alternativlər haqda bilginin toplanması
  • – Yeni satıcıda satış bilikləri və bacarıqlarının formalaşdırılması
  • – Daimi inkişaf mərkəzi – təcrübə bölgüsü. Öyrədici və təkmilləşdirici toplantılar
  • – İş başında təlim.
  • Satış rəhbəri və personal münasibətləri
  • – Liderlik.Satış rəhbəri tipləri (diktator, peşəkar dost və qayğıkeş ana)
  • – Liderliyinin 10 prinsipi.
  • – Satıcıları daim yüksək motivasiyada saxlamaq üçün 5 üsul.
  • – Düzgün tənqid etmə metodu. “əks əlaqə” təlimi
2-ci gün
  • Satış sistemi. Bazarda maksimum sayda müştəri qazandıracaq, satıcıları maksimal effektlə işləməyə söq edəcək sistemin hazırlanması və sistemlə iş.
  • – Satış sistemi nə üçün vacibdir?
  • – CRM, müştəri məlumat bazası. Məlumat bazası ilə iş.
  • – Satış hədəflərinin qoyulması.
  • – Satış komandasının düzgün təşkili.
  • – Satışda prioritetlərin düzgün qoyulması. Vacib işlərin müəyyənləşdirilməsi və komandanın daha effektli işləməyə sövq edilməsi
  • – Satış rutları. Rutların hazırlanması və rutlar üzrə iş.
  • – Satış işçilərinin bonus/maaş sistemi.
  • – Satış hesabatlıq sistemi, analitika.
  • – B2B satış
  • – Time management. Satış rəhbərinin vaxt və fəaliyyət planlaması.
  • – İş günün planlaşdırılması
  • – EV TAPŞIRIĞI VERİLƏCƏK
3-cü gün
  • Satış rəhbəri marketinq haqda nələri bilməlidir.
  • – Marketinq nə üçündür? Marketinqin satışla sərhəddi.
  • – Marketinq strategiyası
  • – Brendinq, brend strategiyası, mövqelənmə
  • – Qiymət, qiymətqoyma
  • – Marketinq Kommunikasiya planı
  • – Hədəf kütləyə necə çatmaq olar?
  • – Marketinq büdcəsinin hazırlanması
  • – Reklamların effektivliyi
  • – Reklam kanallarının müqayisəsi
  • – Ənənəvi media ilə yeni medianın (SMM) fərqi
  • – Rəqəmsal marketinq
  • – Kampaniyaların təşkili
  • Ev tapşırığı üzrə təqdimatlar (praktiki satışa aid)
  • – Ev tapşırığı – Satış sisteminin hazırlanması
  • Brifinq.
  • – Suallarla interaktiv iş

Təlimçi

ANAR BAYRAMOV

marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.

10 ilə yaxın menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. 2015-2017-ci ilin May ayına kimi Dəmirbank ASC-nin marketinq departamentinin rəhbəri vəzifəsində çalışmışdır. Hazırda Az-Granata Ticarət və Dağıtım şirkətinin baş direktorudur.

Rafiq Hunaltay

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini Marketinq (bakalavr və magistr) və Anadolu Universitetini PR ixtisası üzrə bitirib. Hazırda ADİU-da dissertantdır.

Marketinq sahəsində 8 ildən artıq iş təcrübəsin olan Rafiq bəy, İdeal parfum və kosmetika mağazaları şəbəkəsində marketinq departamentinə 7 il rəhbərlik etmişdir. Hal-hazırda Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Departamenti Rəhbəridir.

Rafiq Hunaltay bir çox şirkətlər üçün marketinq konsultasiya və kreativ konsept hazırlanmasını həyata keçirir.

Azərbaycanda ilk online marketinq portalı olan www.facemark.az -ın təsisçisi, Marketinq AIR təlimlərinin və FMR TV - onlayn marketinq televiziyasının həmtəsisçisidir.

Eyni zamanda illik olaraq keçirilən Milli Marketinq Forumu (MMF), Digital Marketing Conference (DMC), Satış Forumu, Maliyyə və İnvestisiya Forumu (FİF) həmtəsisçisidir.

“Bu günün marketinqi 1” (Bakı-2015), "Bugünün Marketinqi 2" (Bakı 2016) və "Böhrandan Yeni Dövrana" kitabının müəllifidir

Azad Qəhrəmanov

satış mütəxəssisi, təlimçi

Azərbaycan Tibb Universitetinin Müalicə -profilaktika fakültəsində təhsil alıb, ixtisasca həkim – terapevtdir.

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmış, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsini hazırlamışdır.

Hazırda Sat Group şirkətinin direktorudur. SAT kitabının müəllifidir.

Kursa qatılmaq üçün müraciət