Sat Academy

Rəhbərlər üçün Maliyyə Kursu

Biznesin əsas məqsədi mənfəət əldə etməkdir. Bununla yanaşı hər bir sahibkar, rəhbər şirkətinin stabil inkişaf etməsini və ciddi risklərdən sığortalanmasını istəyir. Şirkətdə maliyyənin düzgün idarə olunması, yüksək hesabatlılığın olması və vergi ilə münasibətlərin doğru qurulması sonda daha yüksək mənfəət əldə etməyə, stabil fəaliyyət göstərməyə imkan verir.

Rəhbərlər üçün Maliyyə kursu iştirakçılara biznesin maliyyə tərəfindən arxayın olmağa kömək edəcək.

KURS KİMLƏR ÜÇÜNDÜR:

  • Sahibkarlar
  • Şirkət rəhbərləri
  • Menecerlər

KURSUN FAYDALARI:

  • – “Şirkət üçün önəmli maliyyə hesabatları hazırlaya və analiz edə biləcək, biznesinizi daha dəqiq “görə” biləcəksiniz.
  • – Gəlirlərə, xərclərə, alacaqlara və borclara effektli nəzarət sisteminiz olacaq
  • – Vergi cərimələrindən və digər maliyyə risklərindən qoruna biləcəksiniz
  • – Səliqəli uçot apara biləcək. Bu uçotla istədiyi məlumatı vaxtında tapa biləcəksiniz
  • – Nağd pulu, dövriyyə vəsaitini daha effektiv və səmərəli şəkildə idarə edə biləcəksiniz
  • – Şirkətin stabil fəaliyyəti üçün büdcə hazırlamağı bacaracaqsınız

 

KURSUN PROQRAMI:

  • Maliyyə analyışı nədir və kimlər üçündür
    • Maliyyənin mahiyyəti
    • Maliyyə sistemi və onun təşkilati-strukturda mövqeyi
    • Hesabatçılıq
    • Uçot, uçotun daxildə təşkili və ya outsourcing
    • Daxili və kənar audit, əhəmiyyəti və vacibliyi
  • Müxabirləşmə
    • T hesabı
    • Jurnal üzrə daxiletmə, dövriyyə qalıq cədvəlinin formalaşması
  • Maliyyə hesabatları
    • Balans, balans bərabərliyi, balans maddələri
  • Maliyyə hesabatları
    • Mənfəət və Zərər, formalaşması, gəlir/xərc maddələri
    • Nağd pulun hərəkəti və Kapitalın dəyişikliyi haqqında hesabat
  • Maliyyə analizləri
    • Düsturlar (ratio), əmsalların hesablanması
    • Balans maddələrinin bir-biriləri ilə müqayisədə əhəmiyyəti, aktivlər öhdəliklərə qarşı
    • Balans maddələrinin bir-biriləri ilə müqayisədə əhəmiyyəti, aktivlər kapitala qarşı
    • Likvidliyin idarə olunması
  • Büdcə/proqnoz
    • Büdcənin mahiyyəti, vacibliyi və hazırlanmasında nəzərə alınan faktorlar
    • Büdcənin formalaşması, strukturlararası işin təşkili
    • Büdcənin növləri
    • Plan / Fakt
  • Vergi və digər Dövlət orqanları ilə münasibətlərin tənzimlənməsi
    • Vergi, növləri, şəxsi hesab vərəqi, vergi ilə münasibətlər
    • Vergi ilə formalaşan problemlər, onların həlli yolları, kameral, səyyar, operativ vergi yoxlamaları
    • Mərkəzi Bankın normativ-hüquqi aktları, fəaliyyətin tənzimlənməsinə təsiri
    • DSMF, Əmək müfəttişliyi ilə münasibətlər, əmək haqqı məsələləri
  • Ümumi məsələlər
    • Uçotun formalarındakı boşluqlar
    • Yerli uçot, MB uçotu və beynəlxalq uçot – müqayisəsi
    • Cari vergi tədbirləri
    • Riskli maliyyə əməliyyatları, praktiki maliyyə fırıldaqları

Müştəri rəyləri

Təlimçi

Vüsal Səlimov

Maliyyə mütəxəssisi, təlimçi

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.

10 ilə yaxın maliyyə təcrübəsi var. Moore Stephens Azerbaijan, AGN Mak Audit, Mol Bulak BOKT, Embafinans BOKT, Monolit Group, Optimal Elektronics şirkətlərində Baş Mühasib, Maliyyə Direktoru, Audit Komitəsinin Sədri vəzifələrində çalışmışdır. 2009-2012-ci illərdə Mol Bulak BOKT-də Baş Mühasib vəzifəsində çalışmışdır. 2012-ci ilin oktyabrından 2016-ci ilin yanvar ayına kimi Embafinans BOKT-da əvvəlcə Baş Maliyyə İnzibatçısı (CFO), daha sonra Audit Komitəsinin Sədri vəzifələrində işləmişdir. 2016-ci ildə Monolit Group-da qrupun Maliyyə direktoru (Group CFO), Kontakt Home mağazalar şəbəkəsinin Maliyyə Direktorudur kimi fəaliyyət göstərmişdir. Hal-hazırda “Modern Group” Şirkətlər Qrupunda Daxili Audit Departamentinin Direktorudur.

Məlumat və qeydiyyat formu