Sat Academy

Rəhbərlər üçün HR kursu

Müasir dövrün sürətlə inkişafı modern şirkətlərdə insan dəyərini və insan münasibətlərinin önəmini durmadan artırmadadır. Bu gün dünyanın ən böyük universitetləri şirkətlərə insan münasibətlərinin yaxşılaşdırılmasını tövsiyə etmədədir. Ona görə də “Dünyada sözünü deyən şirkət olmak” istəyən bütün şirkətlərin bu istiqamətdə ilk addımı İnsan Resurslarına bir şöbə kimi yox, şirkətin ortağı kimi baxmaları olmuşdur.

İnsan Resursları hadisəni nəyinki, şirkət-işçi, eyni zamanda işçi-işçi, işçi-müştəri münasibətlərini də tənzimləyir. Yaxşı bir insan resursları sistemi olan şirkət istənilən böhrana və istənilən yenilənməyə hazırdır və bu günün ən mühüm tələblərindən biridir.

KURS KİMLƏR ÜÇÜNDÜR:

  • Sahibkarlar
  • Şirkət rəhbərləri, top menecerlər
  • Orta menecerlər
  • Yeni başlayan HR mütəxəssislər

KURSUN FAYDASI:

  • Şirkətdə uğurlu kadr siyasətinin formalaşması
  • Şirkətə uğurlu kadr seçiminin həyata keçirilməsi
  • İşçiləri maksimum məhsuldarlıqla işləməyə vadar edəcək effektli əmək haqqı və motivasiya sisteminin qurulması
  • Əməkdaşların davamlı inkişafı üçün metodların və sistemlərin öyrənilməsi
  • İnsan resurslarının idarə olunmasında qanunvericilik və sənədləşmə məsələlərinə sahiblənmək

KURSA DAXİL OLAN MÖVZULAR:

1. İnsan Resursları Siyasəti: İnsan resurslarının tarixi, məqsədi, funksiyaları. HR modulları. Modern şirkətlərdə İnsan Resursları sistemləri. Ölkədəki İnsan Resurslarının vəziyyəti. İnsan Reusrlarının biznesin idarəedilməsində rolu. Strateji İnsan Resursları idarə etməsi. Şirkətdaxili bölmələrlə İR qarşılıqlı işinin effektiv

qurulması. İnsan resurslarının müəssisədə strateji əhəmiyyəti. İnkişaf edən dünyada İnsan Resursları hara gedir.

2. İş analizi və işə qəbul: İş analiz metodları. İş ehtiyaclarının müəyyən edilməsi. Vakansiyaların elanı. Vəzifə təlimatları. Effektiv işçi sayının hazırlanması. CV bazasının yaradılması. İşə qəbul prosesinin həyata keçirilməsi. Yaxşı işçi kimdir? Karyera planlaması.

3. Performans idarəetmə sistemi: Performans anlayışı və Performans idarə etməsi. Performans sistemləri və Performans ölçmələri. Klassik Performans dəyərləndirmə. Performans idarəetmə metodları. Performans idarəetməyə modern yanaşma. Gələcək yönümlü performans idarəedilməsi. İstedadların idarə edilməsi (Google qaydası). Kvalifikasiya tələblərinin müəyyənləşməsi. İnsan Resursları Departameninin effektiv işləməsinin ölçülməsi.

4. Təlim və inkişaf: Təlim ehtiyacının müəyyən edilməsi. Təlim proqramlarının hazırlanması. Təlim keçmiş əməkdaşların qiymətləndirilməsi. Əməkdaşların inkişaf planlarının hazırlanmasının zəruliliyi. Təlim və inkişafın şirkətdə rolu. Təlim effektivliyinin ölçülməsi.

5. Əmək haqqı və Motivasiya sistemləri: Əmək haqqının formalaşmaşması. Əmək haqqı strukturunun qurulması. Əmək haqqı, sistemləri və onun növləri. KPI əsaslı əməkhaqqı sisteminin qurulma qaydası. Əmək haqqıların hesablanması.

6. Əmək haqqı və Motivasiya sistemləri: Motivasiya. Klassik motivasiya sistemləri. Qeyri-maddi motivasiyanın qurulması. Kreativ idarəetmədə motivasiya. Mükafatlandırma. İşçilərin davamiyyətinin izlənməsi. Dərəcələnmə sistemləri

7. Qanunvericilik və kargüzarlıq: İşə qəbul və işdən azad proseduralarının qanuni tərəfləri. Əmək müqaviləsi və içində lazım olan bəndlər. Əmək müqaviləsinin bağlanılması və əmək müqaviləsinə əlavələr.

8. Qanunvericilik və kargüzarlıq: Əmək qanunvericiliyi ilə bağlı ən vacib məqamlar. Tabelin hazırlanması. Məzuniyyət hüququ və ondan istifadə qaydaları. Ezamiyyə əməliyyatları. E-gov sisteminin yaradılması. E-gov da rəsmi hərəkət prosedurası (işə giriş, işdən çıxış, struktur və s. əməliyyatlar). Zəruri SƏTƏM məlumatları.

 

Rəhbərlər üçün HR kursu 1 ayda 8 gün ərzində keçirilir. Ümumi davam müddəti 16 saatdır (hər gün 2 saat). Hər təlim günü 1 kofe fasiləsi (15 dəqiqə) nəzərdə tutulub.

Kursun qiyməti 400 manatdır.

Təlimdən görüntülər

Müştəri rəyləri

Orxan Hüseyn
Foto xalça, sahibkar
Nezeriyye telimleri cox olub. amma sirf praktiki ve tetbiq olunacaq bir telim isteyirsiniz HR Xaqani Safarovun telimlerine gedin. Biz oz ishimizde butun dediklerini edirik, ciddiden yaxsiya dogru boyuk deyisikler oldu. Ugurlar haminiza!
Elvin Dadaşsoy
Panda School, direktor
İndiyədək SAT Groupun rəhbərlər üçün olan 3 təlimində olmuşam. Hər bir təlim işimdə çox yararlı oldu və ciddi irəliləyiş müşahidə etdim. Hər bir biznes rəhbərin şəxsi inkişafı qədər böyüyür. SAT Groupun iş adamları üçün gördüyü işlər əvəzsizdir. Xəqani müəllim tanıdığım ən yaxşı təlimçidir. Bu təlimdə iştiral etməyi iş adamlarına şiddətlə tövsiyyə edirəm.
Emil Lalayev
Fond birja, HR
Mən çox sevinirəm ki, bu kursu keçdim. Xəqani müəllimi tanıdım və demək olar ki, bu qısa zaman çərçivəsində özümə lazım olan bir çoc biliklərə yiyələndim. Sİzə (SAT Group) bu kursu təşkil etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm və ümid edirəm ki, bundan sonra daim sizinlə əməkdaşlıq edərəm.

Təlimçi

XƏQANİ SƏFƏROV

peşəkar menecer, İR mütəxəssisi, təlimçi

Almaniyada intensiv top menecment kursununun məzunudur. “Ulduz” şokolad Fabriki, Araz Supermarketlər Şəbəkəsi, Oba Chain MMC, Spar International, Gilan FMCG Trade and Distribution MMC şirkətlərində İnsan Resursları Departament Direktoru, Gilan Holdinq İnsan Resursları Departamentində menecer vəzifələrində çalışmışdır. Hal-hazırda Avrora Şirkətlər Qrupu Təşkilati inkişaf və İnsan Resursları Departamenti Direktorudur.

Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr tələbələri üçün İnsan Resursları fənnini tədris edir. Yerli firmalarda biznes konsultant kimi fəaliyyət göstərir. KPI əsaslı əmək haqqının formalaşması, effektiv sistemlərin qurulması, sistemli idarəetmə modellərinin yaradılması ilə bağlı məsləhətçisi kimi çalışır. Bir çox sahələr üzrə ixtisaslaşmış mütəxəssislərə iş tələblərini ödəyən, o cümlədən idarəetmə, şirkət etikası, əməkdaşlarda şirkət ruhunu və şirkət bütövlüyünün aşılanması mövzularında təlimlər keçir. “İş etikası” və “Şirkətlərdə korporativ ruh”, mövzularını akademik araşdırır. “xaqanisafarov.com” ünvanında bloqu fəaliyyət göstərir.

Məlumat və qeydiyyat formu