Sat Academy

Praktiki Satış Kursu

Satgroup şirkətinin Praktiki Satış Kursu adi təlimdən çox təlim – məşq topantısına bənzəyir. Belə ki, burada iştirakçılar sınaqdan çıxmış satış texnikalarını öyrənməklə yanaşı, yerindəcə onları tətbiq edir, məşq edir və özünküləşdirirlər. Çoxsaylı praktiki proseslər, yarışmalar, çəkişmələr və tapşırıqların sayəsində kurs ərzində verilən bilgilər maksimum həzm olunur. Dərhal nəticələr görünməyə başlanılır. Adətən iştirakçılar artıq kursun gedişatı müddətində satışlarında irəliləyişə nail olurlar.

Praktiki Satış Kursu
1-ci mərhələ / 9 təlim

Mərkəzimizdə hər ay yeni qrupla Praktiki Satış Kursu başlanır. Siz fərd olaraq və ya təmsil etdiyiniz şirkətdən bir-neçə nəfərlə birlikdə bu qrupa qoşularaq kursu keçə bilərsiniz. Praktiki Satış kursunu öz şirkətiniz üçün özəl olaraq da sifariş edə bilərsiniz (ətraflı oxu).

Praktiki Satış Kursunun 1-ci mərhələsinə daxil olan təlimlər:

  • 1-ci təlim Satıcı tipləri. Düzgün mövqe seçimi. Müştəri tipləri. Hər tipə uyğun yanaşma qaydaları. Satış adamı üçün daimi inkişaf düsturu.

  • 2-ci təlim Satış adamı üçün baza hazırlıq. 4 inkişaf istiqaməti. Müştərini anlamaq bacarığı. Satıcı – ekspert olmaq. Satıcının ambisiyaları.

  • 3-ci təlim Satış söhbətinin ilk addımı – müştəri ilə kontaktın qurulması. 10 ünsiyyət texnikası. “Başqasının dili ilə” məşqi. “Səmimi Kompliment” məşqi.

  • 4-ci təlim Satış söhbətinin 2-ci addımı – müştərinin tələbatının aşkarlanması. Tələbatı aşkarlama texnikası. “Ağıllı suallar” tapşırığı.

  • 5-ci təlim Satış söhbətinin 3-cü addımı – məhsulun təqdim olunması. “Faydaların dili ilə” tapşırığı. İstək yaradan təqdimat. XFS düsturu.

  • 6-ci təlim Satış söhbətinin 3-cü addımı – məhsulun təqdim olunması. Təqdimatı gücləndirmə texnikaları. “Mənfi motivasiya” texnikası.

  • 7-ci təlim Satış söhbətinin 4-cü addımı – müştəri etirazlarının həll olunması. Etirazların əsl səbəbləri. Etirazlarla işin addımları. “Kəskin döngə” texnikası.

  • 8-ci təlim Satış söhbətinin 4-cü addımı – müştəri etirazlarının həll olunması. Qiymət danışıqları. Qiymətin təqdim olunma texnikası. Qiymət əsaslandırması. Qiymət etirazları ilə işləmə texnikaları.

  • 9-cu təlim Satış söhbətinin 5-ci addımı – satışın bitirilməsi. Müştərini dərhal almağa sövq etmək üçün 5 əsas texnika. Satış söhbətinin tam formada məşqi. SME təlim – məşqi.

Kursun qiyməti 1 nəfər üçün 200 manatdır

Praktiki Satış Kursu
2-ci mərhələ / 6 təlim

Praktiki Satış Kursunun 1-ci mərhələsini uğurla bitirmiş şəxslər peşəkarlıqlarını daha da artırmaq üçün 2-ci mərhələyə də qatıla bilərlər. Burada onlar işlərini daha effektli və sistemli təşkil etməyi, əlavə satışlar etməyi, mövcud müştəriləri və potensial müştəriləri təqib etməyi öyrənəcək, telefon danışıqlarında ustalıq qazanacaqlar. Praktiki Satış Kurunun 2-ci mərhələsinə daxil olan təlimlər:

  • 1-ci təlim. Satışdan sonra. Əlavə satış. 3-7-21 qaydası – mövcud müştərilərin təqibi. Müştəri narazılıqları ilə iş.

  • 2-ci təlim. İmtinalarla iş. Potensial müştərilərin təqib olunması sistemi və qaydaları.

  • 3-cü təlim. Telefon danışıqları. Soyuq zənglər. Telefonla danışıq skriptlərinin hazırlanması. İsti zənglər.

  • 4-cü təlim. Potensial müştəri bazası. Əhəmiyyəti. Standart şirkət bazasından fərqi. İstifadə qaydaları. Real müştəri bazası.

  • 5-ci təlim. Hədəflər. 5 illik hədəfin qoyulması. 1 illik hədəfin qoyulması. Satış meneceri üçün daxili motivasiyanin yaradılması. Aylıq plan. Fəaliyyət planı hazırlanması.

  • 6-cı təlim. Time – management. Satış menecerinin gündəlik fəaliyyət planlaması. İş həftəsinin planlaşdırılması. Gündəliklə iş.

Kursun qiyməti 1 nəfər üçün 150 manatdır

Praktiki Satış Kursu
Korporativ sifariş

Siz Praktiki Satış Kursunu öz şirkətinizin satış komandası üçün özəl olaraq da sifariş edə bilərsiniz. Bu zaman bizim mütəxəssislərsizin məhsulları, müştərilərinizi, satış sistemini analiz edir və təlimlər sizin üçün ən effektli formada qurulur. Təlimlər sizə uyğun vaxtda və sizə uyğun məkanda həyata keçirilir.

Korporativ kursun sizin üçün əlavə üstünlükləri:
  • 1. Təlimlər məhz sizin məhsullara, müştərilərə və satış sisteminə uyğunlaşdırılır. Bir çox hallarda təlimlərin gedişatında sizin üçün özəl texnikalar, təqdimat formaları hazırlanılır.

  • 2. Müzakirə mövzusu yalnız sizin məhsul və müştərilər olur. Bu da komandanızındaha çox bilgi almasına, daha çox məşq etməsinə və yüksək satış nəticələri göstərməsinə səbəb olur.

  • 3. Təlimlərin vaxtını sizə uyğunlaşdırmaq mümkündür.

Praktiki Satış Kursunun 1 ci mərhələsinə 9 təlim daxildir. Hər bir təlim 2-2,5 saat davam edir. 1-ci mərhələ əsas satış bacarıqlarının formalaşmasına və satış menecerlərinin qısa müddətdə satışlarını artırmasına səbəb olur. Onlar satış görüşmələrində sərbəst və effektli olurlar. Korporativ sifarişin qiyməti 4000 manatdır. Bir qrupda maksimum 12 nəfər iştirak edə bilər.

Praktiki Satış Kursunun 2-ci mərhələsinə 6 təlim daxildir. Bu təlimlər satış menecerlərinin telefonda uğurla danışıqlar aparmalarına, işlərini düzgün planlaşdırmalarına, motivasiyalarının daim yüksək səviyyədə qalmasına səbəb olur. Nəticədə satışlar daha stabil olur, davamlı olaraq artır, müştərilərin sadiqliyi yüksəlir. Korporativ sifarişin qiyməti 2500 manatdır. Hər bir təlim 2 – 2,5 saat davam edir.

Qeyd: Təlimlər sizin istəyinizə uyğun olaraq da seçilə bilər.

Təlimçi

Azad Qəhrəmanov

satış mütəxəssisi, təlimçi

Azərbaycan Tibb Universitetinin Müalicə -profilaktika fakültəsində təhsil alıb, ixtisasca həkim – terapevtdir.

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmış, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsini hazırlamışdır.

Hazırda Sat Group şirkətinin direktorudur. SAT kitabının müəllifidir.

Murad Qəhrəmanlı

satış mütəxəssisi, təlimçi

BDU – nin hüquq fakultəsini bitirib, ixtisasca hüquqşunasdır.

2005-ci ildən 2014-cü ilə qədər Birbaşa Satış Sistemində çalışıb. Çalışdığı müddətdə həm müştəri şəbəkəsi, həm də satış komandası quruculuğu ilə peşəkar səviyyədə məşğul olub. Hazırda Vegas Brothers LLC nin satış müdiri və SAT Group şirkətində təlimçidir. 9 ildən çoxdur ki satış təlimləri keçmək təcrübəsi var. Bir neçə natiqlik müsabiqələrinin qalibidir.

Sarvan Aslanov

satış mütəxəssisi, təlimçi

BDU – nin regionşunaslıq fakultəsini bitirib.

2007-ci ildən peşəkar satışla məşğul olur. Azərbaycanın aparıcı inşaat materialları istehsalçıları olan Azenco ASC, STP MMC, AKKORD SENAYE INVESTISIYA ASC-də uğurlu satış mütəxəssisi kimi fəaliyyət göstərmiş, hazırda Sinergy Group – a daxil olan Gobustone şirkətinin korporativ satışlar üzrə aparıcı mütəxəssisidir. 7 illik satış təlimləri keçmək təcrübəsi var.

Kursa qatılmaq üçün müraciət