Sat Academy

Peşəkar idarəçilik kursu

Uğurlu idarəçi olmaq üçün həm şəxsi keyfiyyətlərə, həm də xüsusi biliklərə, metodlara, sistemlərə ehtiyac var. Sat Groupun həyata keçirdiyi Peşəkar İdarəçilik Kursu şirkətlərdə çalışan müxtəlif ranqlı rəhbərlər və sahibkarlar üçün hazırlanmışdır. Bu kurs idarəçilik sənətinin əsas elementlərinə 8 təlim içində sahiblənmək və 1 ay müddətində öz işində müsbət dəyişikliklər yaratmaq üçün əla imkandır.

KURS KİMLƏR ÜÇÜNDÜR

  • Şirkət rəhbəri
  • Satış rəhbərləri
  • Marketinq direktorları
  • Sahibkarlar

KURSA DAXİL OLAN MÖVZULAR

  •  İdarəçiliyin baza prinsipləri
  •  Liderlik, işçilərin motivasiyası
  •  Rəhbər işçi münasibətləri, səlahiyyətlərin verilməsi
  •  Planlama, hədəflərin qoyulması, vaxt planlaması
  •  Strateji idarəetmə
  •  Performans menecmenti
  •  Dəyişikliklərin idarə olunması, qərarvermə prosesi
  •  Biznes model, HR sistemi, satışların idarə olunması

Peşəkar İdarəçilik kursu 1 ayda 8 gün ərzində keçirilir. Ümumi davam müddəti 16 saatdır (hər gün 2 saat). Hər təlim günü 1 kofe fasiləsi (15 dəqiqə) nəzərdə tutulub.

Kursun qiyməti 400 manatdır.

Təlimçi

ANAR BAYRAMOV

marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.

10 ilə yaxın menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. 2015-2017-ci ilin May ayına kimi Dəmirbank ASC-nin marketinq departamentinin rəhbəri vəzifəsində çalışmışdır. Hazırda Az-Granata Ticarət və Dağıtım şirkətinin baş direktorudur.

Kursa qatılmaq üçün müraciət