Sat Academy

Marketi̇nq araşdırmaları kursu

Biznesdə uğur atılmış addımların, verilmiş qərarların düzgünlüyündən asılıdır. Sahibkarın, rəhbər şəxsin doğru qərarlar verməsi üçün isə mütləq bazar, rəqiblər, müştərilər, müştərilərin fikir və münasibətləri haqda dəqiq məlumatları olması gərəkir.

Biznesi yalnız intuisiya ilə deyil real faktlar üzərindən qurmaq sonucda daha az xərclə daha böyük inkişafa nail olmağa, satışları sürətlə artırmağa imkan verir.

Marketinq araşdırmaları kursu sizə bazarı, rəqiblərinizi, müştərilərinizi daha dəqiq öyrənməyiniz və sonradan bu bilgiləri işinizdə effektli istifadə etməniz üçün çox saylı alətlər verəcək.

KURS KİMLƏR ÜÇÜNDÜR:

  • Şirkət rəhbərləri
  • Sahibkarlar
  • Marketinq / Satış rəhbərləri
  • Marketinq mütəxəssisləri

KURSUN FAYDASI:

  • Şirkətin ümumi strategiyasının qurulması üçün imkan və risklərin müəyyən edilməsi
  • Rəqabət mühitinin araşdırılması, rəqib imkanlarının müəyyən edilməsi. Rəqabətdə çeviklik və güclü olmaq imkanı.
  • Satışa yönəlmiş reklam kampaniyaların effektivliyinin yüksəlməsi
  • Həyata keçirilmiş addımların effektivliyinin ölçülə bilməsi
  • Xidmət səviyyəsinin artırılması üçün effektli yoxlamalar və analizlər
  • Müştəri tələbatlarının dəqiq müəyyən edilməsi
  • Effektli brendinq və çoxsaylı müştərilər ilə əlaqələrin yaradılması
  • Müştəri mənmuniyyətinin və istəklərinin ölçülməsi, müştəri məmnuniyyətinin yüksəldilməsi

KURSUN PROQRAMI:

1 . Marketinq araşdırmaları nədir?

  • Marketinqin əsas məqsədlərindən biri. Nə üçün araşdırmalıyıq?
  • Dünya və Azərbaycanda marketinq araşdırmaları. Düz edənlər necə edir?
  • Araşdırma keçirilməməsinin fəsadları. Uğursuz biznesin bir nömrəli səbəbi nədir?
  • Araşdırma etməyə nə vaxt ehtiyac yaranır? Marketinq araşdırmasına ehtiyacı nədən müəyyən edək?
  • Araşdırma prosesi
  • Araşdırma metodları
  • Araşdırma növləri

2. Marketinqin analitik funksiyası

  • Marketinq analizinin strukturu
  • Daha dəyərli məhsulların müəyyən edilməsi. ABC analiz – vacib olana fokuslanmaq.
  • Biznesin güclü və zəif tərəflərinin müəyyən edilməsi. SWOT analiz – şirkətin inkişaf strategiyasının əsası.

3. Rəqabət mühiti və məhsulların araşdırması

  • Bazar həcminin müəyyən edilməsi. Nə qədər sata bilərik?
  • Rəqabət mühitinin araşdırılması. “Porterin 5 gücü” – rəqiblərlə necə davranmalı?
  • SNW analiz
  • PEST-analiz
  • Məhsul şərtlərinin monitorinqi – bazardan daim xəbərdar olmanın üsulları.

4. İşə başlamadan araşdırma, inisiasiya fazası

  • Mövqelənmə araşdırması. Müəssisə doğru inkişaf istiqamətindədir?
  • Brand Awareness. Brend nə dərəcədə tanınır?
  • Müştəri portretinin müəyyən edilməsi. Müştəri qazanmaq üçün onu tanımaq lazımdır.
  • Hədəf qrupunun müəyyən edilməsi. Necə edək ki addımlar hədəf qrupuna çatdırılsın?
  • İstehlakçı tərəfindən qərar verilmə. Müştəri nəyə əsasən qərar verir.
  • Satış proqnozlaşdırılması.

5. Məhsul / Xidmət hazırlanması zamanı araşdırmalar

  • Qiymətqoyma. Qiymət nəyə əsasən təyin edilməli?
  • Qiymətin yumşaq idarəolunması. “Price elasticity research”.
  • Konseptin testləşdirilməsi. Məhsul konseptinin seçimindən necə əmin olaq?
  • Brend adının və xüsusiyyətlərinin testləşdirməsi – müştərinin münasibətini necə öyrənək?

6. Satış və istehsal zamanı araşdırmaların həyata keçirilməsi

  • Gizli müştəri (Mystery shopping). Biznesin xidmət səviyyəsindən xəbərli olun.
  • Satış nöqtələrinin auditi.
  • Müştəri məmnuniyyəti sorğusu. Müştəriləriniz nədən narazıdır?
  • Müştəri məmnuniyyəti indeksi.
  • İşinizin ən vacib göstəricisi – NPS.

7. Effektivliyin ölçülməsi

  • Marketinq effektivliyinin ölçülməsi.
  • Sərmayənin qayıdışı, “ROI” əmsalı

8. Marketinq araşdırmaları nəticələrinin tətbiq edilməsi

  • Analiz etmək üçün araşdırma alətlərinin seçilməsi
  • Araşdırma şirkətləri ilə effektiv fəaliyyət
  • Big Data
  • Araşdırmadan strategiyaya
  • Gələn illərin effektiv strategiyasının qurulması

KURSUN FORMATI:

  • Təlim sayı: 8
  • İştirakçı sayı: 15 nəfər
  • Həftədə 2 dəfə olmaqla, 1 ay ərzində

Müştəri rəyləri

İlqar Şirinov
Veyseloğlu, Bazar araştıtması üzrə mütəxəssis
Veyseloğlu Qrup da Bazar Araştırması üzrə mütəxəssis vəzifəsində çalışıram və Sat Groupda Marketinq Araştırmaları kursu təlimlərində iştirak etmişəm. Araştırma sahəsində özünü inkişaf etdirmək istəyən hamıya səmim şəkildə bu kursları tövsiyə edirəm.Əla pozitiv və peşəkarlardan ibarət bir komandadır. Təlimçi Tural Həsənova təşəkkür edirəm və SAT Group komandasına bol uğur azrulayıram.
Zamin Qasımov
– Nabucco şirkəti, Satış və marketinq meneceri
Məncə bugünə kimi təlimlərinizə gələn hər kəsə bu yeni təlimi bildirin.

Təlimçi

TURAL HƏSƏNOV

marketoloq, araşdırmaçı

Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bakalavr üzrə bitirmişdir.
Marketinq araşdırmaları sahəsində 9 il təcrübəyə malikdir. Peşəkar fəaliyyətini “TNS Global market research company” şirkətinin Bakı ofisində başlamış, daha sonra “Research İnsight Azerbaijan” araşdırma şirkətinə rəhbərlik etmişdir, 30-dan artıq beynəlxalq və yerli layihələrin icrasında və idarəedilməsində iştirak etmişdir.
2013-cü ildən etibarən Parabank, daha sonra DəmirBank ASC-də Baş mütəxəssis vəzifəsində çalışmış, 2015-2016-cı illərdə karyera inkişafını əldə etmiş, DəmirBank-ın Marketinq departamentində Menecer, Şöbə müdiri və Departament direktoru vəzifələrini icra etmişdir.
Hazırda Azerfon MMC-də Marketinq araşdırmaları üzrə menecerdir.

Məlumat və qeydiyyat formu