Sat Academy

Marketinq AİR kursları

Azərbaycanda ilk praktik marketinq seminarı olaraq fəaliyyət göstərən “Marketing AİR” oktyabr ayının 1-dən etibarən yenidən təlimlərə start verir. Xatırladaq ki, son 5 ildə artıq 10 belə praktik marketinq təlimləri keçirilmiş və indiyədək 400-dən çox məzunu olmuşdur.

Təlimlərin konsepsiyası dörd amilin üzərində dayanır. Belə ki, bu təlimlərdə Biznes, İdarəetmə, Marketinq və Praktik yanaşma üzərində tədris həyata keçiriləcəkdir. Təlimlərdə 20 seminar olmaqla 4 əsas mövzu əhatə edilir. Bu mövzularda Biznesin yaradılma alqoritmi, idarəetmə prosesində olan məsələlər və Marketinq tədris ediləcəkdir. Həmçinin təlimlər zamanı Azərbaycan şirkətlərinin top menecerləri tərəfindən sırf praktikaya əsaslanan 5 masterklass nəzərdə tutulmuşdur. Kursun əsas təlimçiləri İlkin Manafov, Anar Bayramov və Rafiq Vəliyev zəngin marketinq və idarəçilik təcrübəsi olan, bu sahədə dərin biliklərə sahib mütəxəssislərdilər.

Kurs kimlər üçündür:

  • Marketinq mütəxəssisləri
  • Müxtəlif ranqlardan olan menecerlər
  • Sahibkarlar
  • Satış mütəxəssisləri
  • Marketinq sahəsində karyera qurmaq istəyənlər

Kursun faydaları:

– Marketinq biliklərinin artırılması
– İdarəçilik biliklərinin artırılması
– Yerli bazarın xüsusiyyətləri ilə yaxından tanışlıq
– Biznesinizə müştəri axını yaradacaq və bu müştərilərin sizə sadiq qalmasını təmin edəcək metod, qayda və alətlərlə tanışlıq
– Marketinqdə olan qlobal trendlərlə tanışlıq və onların Azərbaycanda istifadəsi perspektivlərinin öyrənilməsi
– Uğurlu marketinq və idarəçilik mütəxəssisləri ilə tanışlıq
– Azərbaycanın aparıcı şirkətlərinin nümayəndələri ilə əlaqələrin yaranması

Kursun proqramı:

  • STRATEJİ MARKETİNQ, STRATEJİ İDARƏETMƏ

1. Ümumi biznes strategiyası, idarəetmə prinsipləri.
2. Effektiv marketinq strategiyası.
3. Marketinq və satış planlaması. Marketinq və satışın ölçülməsi.
4. Turnaround – batmış şirkətin ayağa qaldırılması. Diaqnostika, planlama, icra.
5. Bazara çıxış strategiyası. Satış kanallarının idarə olunması.

  • BREND İDARƏETMƏ

1. Biznesdən brendə gedən yol (Brendi necə yaratmaq olar?)
2. Brend identifikasiya və strateji brendinq
3. Brendinqdə 6-cı hissiyyat
4. Pərakəndə sektorunda brendinq
5. Böhranlı şəraitdə hansı biznes istiqamətlər maraqlıdır (şəxsi biznes qurmaq üçün tövsiyələr)

  • MARKETİNQ KOMMUNİKASİYALARI

1. Böhran dövründə kommunikasiya modelləri – SHARE və Müştəri Marketinqi modeli
2. Digital və mobil marketinq 2016 trendi kimi
3. İşçi və müştəri məmnuniyyətinin böhran dövründə önəmi
4. Müştəri şikayətləri və müştəri psixologiyası
5. Böhran dövründə pəkraəndə ticarət, xidmət və istehsal sferasında marketinq strategiyaları.

  • QONAQ SPİKERLƏR (Azərbaycanın iri şirkətlərindən uğurlu menecerlərin çıxışları)

1. Qonaq spiker
2. Qonaq spiker
3. Qonaq spiker
4. Qonaq spiker
5. Qonaq spiker

Təlimçi

ANAR BAYRAMOV

marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.

10 ilə yaxın menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. 2015-2017-ci ilin May ayına kimi Dəmirbank ASC-nin marketinq departamentinin rəhbəri vəzifəsində çalışmışdır. Hazırda Az-Granata Ticarət və Dağıtım şirkətinin baş direktorudur.

İLKİN MANAFOV

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Marketinq üzrə fəlsəfə doktoru olan İlkin Manafov Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Türkiyə kimi ölkələrdə Marketinq və Satışın idarəedilməsi sahəsində çalışıb.

Uzun illər EMBAWOOD şirkətinin marketinq departamentinə rəhbərlik edən İlkin bəy hazırda GERMAN STUDİO şirkətinin və EVİN mağazalar şəbəkəsinin sahibidir.

İlkin Manafov marketinq, satış və biznesin idarə edilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifi, Amerika Marketinq Assosasiyasının üzvüdür. Marketinq AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisidir. Milli Marketinq Forumunun (MMF) təsisçilərindən və təşkilatçılarından biridir.

Azərbaycan dilində ilk brendinq kitabı olan “360 dərəcə brendinq” kitabının müəllifidir.

Rafiq Hunaltay

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini Marketinq (bakalavr və magistr) və Anadolu Universitetini PR ixtisası üzrə bitirib. Hazırda ADİU-da dissertantdır.

Marketinq sahəsində 8 ildən artıq iş təcrübəsin olan Rafiq bəy, İdeal parfum və kosmetika mağazaları şəbəkəsində marketinq departamentinə 7 il rəhbərlik etmişdir. Hal-hazırda Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Departamenti Rəhbəridir.

Rafiq Hunaltay bir çox şirkətlər üçün marketinq konsultasiya və kreativ konsept hazırlanmasını həyata keçirir.

Azərbaycanda ilk online marketinq portalı olan www.facemark.az -ın təsisçisi, Marketinq AIR təlimlərinin və FMR TV - onlayn marketinq televiziyasının həmtəsisçisidir.

Eyni zamanda illik olaraq keçirilən Milli Marketinq Forumu (MMF), Digital Marketing Conference (DMC), Satış Forumu, Maliyyə və İnvestisiya Forumu (FİF) həmtəsisçisidir.

“Bu günün marketinqi 1” (Bakı-2015), "Bugünün Marketinqi 2" (Bakı 2016) və "Böhrandan Yeni Dövrana" kitabının müəllifidir

Kursa qatılmaq üçün müraciət