Sat Academy

Market idarəçiliyi kursu

Marketçilik Azərbaycanda çox sürətlə inkişaf edən və rəqabətin pik həddə çatdığı sektordur. Bu sektorda rəqabətə tab gətirmək, yüksək gəliri təmin etmək üçün mütləq xüsusi idarəçilik, marketinq və satış bilgilərinə sahiblənmək gərəkir.

SAT Group marketçilik sahəsində ciddi uğurlar qazanmış mütəxəssislərin iştirakı ilə 3 günlük unikal İdarəçilik kursu hazırladı. Bu kurs market rəhbərlərinə qısa müddətdə öz fəaliyyətlərini daha sistemli və effektli hala gətirməyə, satışları artırmağa kömək edəcək.

KURS KİMLƏR ÜÇÜNDÜR:

  • – Market sahibləri
  • – Market müdirləri
  • – Market administratorları
  • – Market menecerləri
  • – Kateqoriya menecerləri, kateqoriya müdirləri
  • – Supermarketlər şəbəkəsi marketinq işçiləri

KURSUN PROQRAMI:

  • 1-ci gün
  • – Pərakəndə mağazaları – xidmət yoxsa satış?
  • – Supermarketçilik biznesi nədir? Supermarket biznes modeli.
  • – Pərakəndə satış yolları,üsulları
  • – Market tipləri və onların fərqi
  • – Problemlərin baş ofisə ötürülməsi
  • – Personal daxili münasibərlər, iş etikası
  • – Çarpaz yoxlama metodu
  • – Mağaza müdiri necə olmalıdır?
  • – Mağazada iş gününə başlama – günün checklisti
  • – Mühafizə sisteminin qurulması
  • – Personalın düzgün idarə edilməsi
  • – Pis işçi kimdir?
  • – Satış komandasının böyüdülməsi
  • – Tapşırılan işlərə nəzarət
  • 2-ci gün
  • – Kateqoriya idarə etməsi, kampaniyaların təşkili, firmalarla işləmə prinsipləri,danışıqlar və s.
  • – Pricing, ticketing
  • – Tarixinə az qalmış malların nəzarətə alınması
  • – Yeni Məhsullar
  • – Planaqramma qaydalarına nəzarət
  • – Private label strategiyasi
  • – Mağazanın Layout prinsipləri
  • – Merchandising
  • – Cross merchandising
  • – Xidmət mədəniyyəti
  • – Tarixlərə görə düzülüş
  • – Mağazada “stop effektlər”
  • – Mağazada xarici görünüş və səliqə-səhman
  • – Qiymətlərin düzülüş qaydaları
  • 3-cü gün
  • – Mağaza daxilində müştəri davranışları
  • – Müştərilərlə iş
  • – Problemli müştərilər
  • – Dünənki və bugünkü müştəri
  • – Müştəri narazılıqları
  • – Satıçı-müştəri münasibətləri
  • – İadələr
  • – Out of stock
  • – Sifarişlər
  • – Anbar idarə etmə
  • – Hesabatların alınması və satışın ölçülməsi
  • – İnventar,inventara hazırlıq prosesi
  • – İtkilər və onlarla mübarizə
  • – Mağaza daxili oğurluqların qarşısının alınması
  • – Mal qəbulunun idarə edilməsi
  • – Mal sifarişlərinin düzgün edilməsi
  • – Mənfi stokun qarşısının alınması
  • – Mənfi stok niyə yaranır?
  • – Rəf və kassa qiymət fərq porbleminin aradan qaldırılması
  • – Təmizlik və Gigiyena

Təlimçi

XƏQANİ SƏFƏROV

peşəkar menecer, İR mütəxəssisi, təlimçi

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment fakultəsini bitirmişdir. Magistr dərəcəsinə malikdir. Almaniyada intensiv top menecment kursununun məzunudur. “Ulduz” şokolad Fabriki, Araz Supermarketlər Şəbəkəsi, Oba Chain MMC, Spar International, Gilan FMCG Trade and Distribution MMC şirkətlərində İnsan Resursları Departament Direktoru vəzifəsində çalışıb. Hal-hazırda Gilan Holdinq İnsan Resursları Departamentində menecer vəsifəsində çalışır. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr tələbələri üçün İnsan Resursları fənnini tədris edir. Yerli firmalarda biznes konsultant kimi fəaliyyət göstərir. KPI əsaslı əmək haqqının formalaşması, effektiv sistemlərin qurulması, sistemli idarəetmə modellərinin yaradılması ilə bağlı məsləhətçisi kimi çalışır. Bir çox sahələr üzrə ixtisaslaşmış mütəxəssislərə iş tələblərini ödəyən, o cümlədən idarəetmə, şirkət etikası, əməkdaşlarda şirkət ruhunu və şirkət bütövlüyünün aşılanması mövzularında təlimlər keçir. “İş etikası” və “Şirkətlərdə korporativ ruh”, mövzularını akademik araşdırır. “xaqanisafarov.com” ünvanında bloqu fəaliyyət göstərir.

NƏCDƏT ŞİRİNOV

pərakəndə satış mütəxəssisi

Ali təhsilini Qafqaz universitetində almışdır.

6 ilə yaxındırki Pərakəndə sahəsində işləyir.Pərakəndə sahəsində ilk işinə Rahat supermarketlər şəbəkəsində başlamış və daha sonra Fresco supermarket şəbəkələrində kommersiya və əməliyyat şöbələrində davam etmişdir. 2015-ci ildən isə ölkənin yeni və aparıcı Supermarketlər şəbəkəsi olan Bravo supermarketlər şəbəkəsində şöbə müdürü vəzifəsində çalışır.

Kursa qatılmaq üçün müraciət