Sat Academy

Mağaza idarəçilik kursu

KURS KİMLƏR ÜÇÜNDÜR:

  • Mağaza sahibləri
  • Mağaza administratorları

KURSUN ƏSAS MƏQSƏDİ:

Təlim proqramı dünyanın tanınmış ticarət şəbəkələrinin təcrübələri əsasında, Azərbaycan bazarında uğurlu mağaza rəhbəri yetişdirməyə yönəlmişdir. Təlim proqramında tədris 3 ana istiqaməti əhatə edir:

  • Mağazaçılıq, idarəetmə sistemi
  • Personalın yetişdirilməsi, idarə olunması
  • Satışları artırmaq üçün marketinq alətləri

KURSUN FAYDALARI:

  • – Mağazaya rəhbərliyin əsas prinsiplərinə yiyələnəcəksiniz;
  • – Düzgün məhsul siyasəti, merçendayzinq prinsiplərini öyrənəcəksiniz;
  • – Bazarı düzgün analiz etmək və imkanları aşkarlamaq bacarıqları;
  • – Güclü satış komandası formalaşması;
  • – Satış komandasının daimi inkişafı və yüksək motivasiyada işləməsi;
  • – Effektli nəzarət – hesabatlılıq sisteminin olması. İdarəçilikdə rahatlıq və effektlilik;
  • – Uğurlu satış sisteminin qurulması və ya satış sisteminin təkmilləşməsi;
  • – Yeni gəlirli satış kanallarının yaradılması;
  • – Satışların həm qısa müddətdə, həm də davamlı olaraq artması;
  • – Müştəri məmnunluğunu artırma alətlərinə sahiblənəcəksiniz;
  • – Satışın artırılması metodlarını Azərbaycan reallıqları əks edilməklə yiyələnəcəksiniz;
  • – Kursun gedişatında digər iştirakçılarla yeni işgüzar əlaqələrin yaranması;
  • – 5* oteldə aktiv istirahət sayəsində yorğunluğun və gərginliyin aradan qalxması, yeni enerji və motivasiya.

 

1-ci gün – İlkin Manafov
  • Mağazaçılığın əsas prinsipləri
  • – Rəqabət üstünlüyü – hardan götürməli?
  • – Hədəf auditoriya: sizin müştəri kimdir?
  • – Mağazanın mövqelənməsi.
  • – Müştəri ilə kontakt nöqtələrində satışın artırılması üçün 3 həlledici üsul.
  • – Yeni müştərilərin cəlb olunması.
  • – Kiçik xərcli manevrlər: kiçik xərclər sayəsində sürətli geri dönüşlər.
  • – Orta çekin yüksəldilməsi
  • – Ziyarət tezliyinin artırılması
  • – Gəlir artımına hazırlıq. Məhsul matrisinin qurulması, mağaza rentabelliyinin artırılması.
  • – Xərc çəkmədən müştəri haqda hər şeyi necə öyrənməli?
  • – Kiçik xərcli marketinqin “son” məqsədi
  • – Satış qıfı – mağaza marketinqinin idarə olunmasının sistemi kimi. Onun genişləndirilməsi üsulları.
  • – Brendinq: Mağaza brendi və məhsul brendi.

 

2-ci gün – Anar Bayramov, Azad Qəhrəmanov
  • Satış personalı seçimi, kriteriyalar, seçim prosesi
  • – Satıcı tipləri. Potensiallı satıcı kimdir?
  • – Hardan tapmalı? Seçim prosesi. Seçim kriteriyaları.
  • – “İntervyu” treninqi.
  • Satış personalının yetişdirilməsi
  • – Yeni satış nümayəndəsinin işə tam qoşulmasına qədər olan addımlar
  • – Məhsul bilgisi. Rəqiblər və alternativlər haqda bilginin toplanması
  • – Yeni satıcıda satış bilikləri və bacarıqlarının formalaşdırılması
  • – Daimi inkişaf mərkəzi – təcrübə bölgüsü. Öyrədici və təkmilləşdirici toplantılar
  • – İş başında təlim.
  • Satış rəhbəri və personal münasibətləri
  • – Liderlik.Satış rəhbəri tipləri (diktator, peşəkar dost və qayğıkeş ana)
  • – Liderliyinin 10 prinsipi.
  • – Satıcıları daim yüksək motivasiyada saxlamaq üçün 5 üsul.
  • – Düzgün tənqid etmə metodu. “əks əlaqə” təlimi
  • Düzgün satış planlarının qoyulması
  • İşçilərin işinin effektivliyinin ölçülməsi
  • Effektiv Bonus sistemi
  • İşin planlanması və nəzarəti (iclaslar, vaxtın idarə olunması və s.)
  • İş bölgüsü və koordinasiyası

 

3-cü gün – Rafiq Vəliyev
  • Mağaza marketinqinin əsas prinsipləri və çərçivəsi.
  •  – Satışı atıran alətlərin düzgün seçilməsi.
  •  – Kampaniyaların formaları, planlanması, icrası və ölçülməsi qaydaları.
  •  – Merçendayzinq.
  •  – Düzgün qiymət siyasəti – rəf qiyməti, endirim, bonus və s.
  •  – Məhsul siyasəti – məhsul portfeli, məhsul çeşidinin effektiv idarə olunması.
  •  – Müştəri xidmətinin keyfiyyəti, xidmət standartları, CRM.
  •  – Müştərilərin gözləntiləri və xidmət imkanları.
  •  – Mağazada xidmətin keyfiyyətinin qiymətləndirilməsi və nəzarət olunması metodları. Müştəridən əks əlaqə metodu, “Gizli müştəri” metodu və s.
  •  – Çarpaz satışların düzgün təşkili.

 

Ödəniş: 420 manat

 

Ödənişə daxildir:

 

  • 3 gün, 2 gecə Şamaxı Palace otelində yerləşmə
  • Gündə 3 dəfə qidalanma
  • 3 gün ərzində bütün təlimlərdə iştirak
  • Otelin basseyn və SPA xidmətlərindən istifadə

Təlimçi

İLKİN MANAFOV

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Marketinq üzrə fəlsəfə doktoru olan İlkin Manafov Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Türkiyə kimi ölkələrdə Marketinq və Satışın idarəedilməsi sahəsində çalışıb.

Uzun illər EMBAWOOD şirkətinin marketinq departamentinə rəhbərlik edən İlkin bəy hazırda GERMAN STUDİO şirkətinin və EVİN mağazalar şəbəkəsinin sahibidir.

İlkin Manafov marketinq, satış və biznesin idarə edilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifi, Amerika Marketinq Assosasiyasının üzvüdür. Marketinq AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisidir. Milli Marketinq Forumunun (MMF) təsisçilərindən və təşkilatçılarından biridir.

Azərbaycan dilində ilk brendinq kitabı olan “360 dərəcə brendinq” kitabının müəllifidir.

ANAR BAYRAMOV

marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.

10 ilə yaxın menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. 2015-2017-ci ilin May ayına kimi Dəmirbank ASC-nin marketinq departamentinin rəhbəri vəzifəsində çalışmışdır. Hazırda Az-Granata Ticarət və Dağıtım şirkətinin baş direktorudur.

Rafiq Hunaltay

marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini Marketinq (bakalavr və magistr) və Anadolu Universitetini PR ixtisası üzrə bitirib. Hazırda ADİU-da dissertantdır.

Marketinq sahəsində 8 ildən artıq iş təcrübəsin olan Rafiq bəy, İdeal parfum və kosmetika mağazaları şəbəkəsində marketinq departamentinə 7 il rəhbərlik etmişdir. Hal-hazırda Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Departamenti Rəhbəridir.

Rafiq Hunaltay bir çox şirkətlər üçün marketinq konsultasiya və kreativ konsept hazırlanmasını həyata keçirir.

Azərbaycanda ilk online marketinq portalı olan www.facemark.az -ın təsisçisi, Marketinq AIR təlimlərinin və FMR TV - onlayn marketinq televiziyasının həmtəsisçisidir.

Eyni zamanda illik olaraq keçirilən Milli Marketinq Forumu (MMF), Digital Marketing Conference (DMC), Satış Forumu, Maliyyə və İnvestisiya Forumu (FİF) həmtəsisçisidir.

“Bu günün marketinqi 1” (Bakı-2015), "Bugünün Marketinqi 2" (Bakı 2016) və "Böhrandan Yeni Dövrana" kitabının müəllifidir

Azad Qəhrəmanov

satış mütəxəssisi, təlimçi

Azərbaycan Tibb Universitetinin Müalicə -profilaktika fakültəsində təhsil alıb, ixtisasca həkim – terapevtdir.

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmış, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsini hazırlamışdır.

Hazırda Sat Group şirkətinin direktorudur. SAT kitabının müəllifidir.

Kursa qatılmaq üçün müraciət