Sat Academy

CRM (Müştəri ilə Münasibətlərin İdarə olunması)

Bir şirkət üçün ən dəyərli kapital onun sadiq müştəriləridir. Öz müştərilərini əldə saxlamağı bacarmayan, bunun üçün effektli sistemi və bu istiqamətdə bacarıqlı kadrları olmayan şirkət isə əvvəl axır müştərilərini itirməyə və tənəzzülə məhkumdur.

İldən ilə sadiq müştərilərin qiyməti artır. Onları əldə saxlamaq rəqabətə tab gətirmək, stabil inkişaf üçün ən önəmli məsələdir. Bunun üçün isə sahibkarın, rəhbərin, menecerlərin və ümumiyyətlə şirkətdə müştərilərlə kontaktda olan hər bir kəsin CRM-dən agah olması, mövcud müştərilərlə effektli işləməsi gərəkir.

Sat Group şirkətinin hazırladığı CRM kursu çərçivəsində əldə edəcəyiniz bilgilər şirkətinizdə müştərilərə yönəlik fəaliyyətin qurulmasına, müştərilərin sədaqətini artırmaq üçün lazımı hazırlıqların görülməsinə, müştərilərin sizdən daha çox alış – veriş etməsinə səbəb olacaq. Siz qısa müddətdə müştəri məlumatlarının toplanması və emalı, müştəri sadiqlik sisteminin qurulması, müştərilərin seqmentasiyası, təkrari satışları stimallaşdıracaq çoxsaylı aktivlik metodlarını mənimsəyəcək və işinizdə tətbiq edəcəksiniz.

KURS KİMLƏR ÜÇÜNDÜR:

  • Şirkət rəhbəri
  • Marketinq Direktorları
  • Satış rəhbərləri
  • Sahibkarlar
  • Müştərilərlə işdən məsul digər şəxslər

KURSUN FAYDASI:

  • Müştəri loyallıq sisteminin qurulması
  • Müştəri bazasının doğru şəkildə yaradılması
  • Mövcud müştərilərə yönəlik marketinq və satış işlərinin təşkili
  • Müştəri prototinin, müştəri portfelinin, müştəri bazasının yaradılması
  • DATA bazanın analizi və CRM strategiyanın qurulması

FORMAT:

  • İştirakçı sayı 15 nəfər
  • Həftədə 2 dəfə olmaqla
  • İzahat, praktiki tapşırıqlar, komanda ilə iş

KURSUN PROQRAMI:

  • 1. CRM Nədir?
  • – CRM Nə Deyil?
    – CRM-ə Başlamaq
    – CRM-in Növləri
    – CRM-in Modelləri
    – Strateji CRM
    – Strategiya seçimi
    – Hazırlıqlar
    – Müştəri təcrübəsinin idarə edilməsi (CEM)

  • 2. Əməliyyat CRM-i
  • – Microsoft CRM ilə tanışlıq
    – Salesforce ilə tanışlıq
    – Satışın Avtomatlaşdırılması
    – Marketinqin Avtomatlaşdırıması
    – Servisin Avtomatlaşdırılması

  • 3. Sosial CRM
  • – SMM və CRM bağlantısı

  • 4. Sədaqət Proqramlarının Hazırlanması
  • – Müştəri məmnuniyyəti və sədaqət
    – B2B and B2C Loyalty

  • 5. Analitik CRM
  • – Data və Databaza
    – Dataların strukturu
    – İnteqrasiyası

  • 6. Müştəri analitikasına başlamaq
  • – Metrikslərlə tanışlıq
    – Seqmentasiya
    – Persona
    – “Life Time Value”

  • 7. Exceldə analitika
  • 8. 10 vacib metrics
  • – 10 vacib metodika
    – 10 analitika səhvi
    – 10 əhəmiyyətli müştəri analitika hesabatı

Kursun qiyməti: 350 manat

Ödənişə daxildir:

– 8 praktiki təlim
– Çay süfrələri
– Sertifikat
– Təlim materialları

Müştəri rəyləri

Elvin Qurbanov
Marketinq direktor, Qoç Ət
Əla mühit, professional təlimçilər, praktiki biliklər bir arada. Ugurlar "SAT Group"
Səidə Fətullazadə
Günay sığorta, Marketinq direktor
Chox nadir hallarda kiminse haqda hedden chox neqativ ve pozitiv fikir yaziram. Dushunuremki maraqli telim kechmek chox asanddi. insanlar varki onlari dinlemek chox xoshdu ve boyuk markalarin boyuk addimlarini danishib istenilen telimi maraqli etmek olar. Amma hem maraqli hem faydali telim kechmek chox chetindi. hansiki ishtirakchilar telimden sora nese oyrenir,bunu ishinde tetbiq edir ve bu tetbiqlere gore ishledikleri shirket maddi cehetden kifayet qeder qenaet etmish olur.bugun Efsun beyin teliminde bunun shahidi oldum.insan bildiyi her sheyi paxilliq etmeden paylashmagi bacarirdi.heqiqeten bele telimchilere chox ehtiyac var.Efsun beyi novbeti telimlerde ve MMF de spiker gormek umidi ile
Kənan Məcidov
Fotoqraf
SAT Group təşkilatçılığında Əli Xəyyam'ın tədris etdiyi CRM kursunda iştirak etdim. Həm kursun təşkilatçılığı həm də təlimçi tərəfindən tədris edilən mövzu yüksək səviyyədə idi. Hər kəsə tövsiyyə edirəm!

Təlimçi

Əli Xəyyam

CRM üzrə mütəxəssis

Atatürk Litseyini bitirdikdən sonra Xəzər Universitetinə daxil olub. Daha sonra Oxford King Colleges-də təhsil alıb. Hal-hazırda Microsoft Science Academy-də təhsil alır. Data science, machine learning, cloud computing və R üzrə ixtisaslaşmaq məqsədi var və bu yolda özünü inkişaf etdirir. Məhz bu mövzular üzrə hər gün akademik və praktiki olaraq saatlarla mütaliə edir.

"Jeep Azerbaijan", "Auto Azerbaijan LLC" şirkətlərində CRM Coordinator, “Nubessom Consulting” şirkətində biznesin inkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Hal-hazırda Mobitel şirkətində Marketinq və CRM departamentinin rəhbəri və Brave Solutions şirkətinin təsisçisidir.

Əfsun Qurbanov

CRM üzrə mütəxəssis

Qafqaz Universitetini bitirdikdən sonra ABŞ-da, Troy Universitetində MBA təhsili alıb. 10 ildən çox marketinq təcrübəsi var. Hal-hazırda holistik marketinq xidmətləri göstərən Morpho şirkətinin idarəedici tərəfdaşı kimi fəaliyyət göstərir.

ADA Universitetində bakalvr səviyyəsində Marketinq Menecmenti və EMBA qruplarına Beynəlxalq Marektinq sahəsini tədris edir. Həm peşəkar, həm də akademik karyerasında “data driven marketing”, analitika, CRM, sosial CRM, sosial media, SEO və SEM, rəqəmsal marketinq sahələrində aktiv şəkildə fəaliyyət göstərir və özünü inkişaf etdirir.

Texnologiya startaplarına xüsusi marağı var. Bu sahədə özünü təkmilləşdirmək və beynəlxalq bazara çıxa biləcək startap qurmaq məqsədi var.

Məlumat və qeydiyyat formu