Sat Academy
Xəqani Səfərov
peşəkar menecer, İR mütəxəssisi, təlimçi

Almaniyada intensiv top menecment kursununun məzunudur. “Ulduz” şokolad Fabriki, Araz Supermarketlər Şəbəkəsi, Oba Chain MMC, Spar International, Gilan FMCG Trade and Distribution MMC şirkətlərində İnsan Resursları Departament Direktoru, Gilan Holdinq İnsan Resursları Departamentində menecer vəzifələrində çalışmışdır. Hal-hazırda Avrora Şirkətlər Qrupu Təşkilati inkişaf və İnsan Resursları Departamenti Direktorudur.
Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr tələbələri üçün İnsan Resursları fənnini tədris edir. Yerli firmalarda biznes konsultant kimi fəaliyyət göstərir. KPI əsaslı əmək haqqının formalaşması, effektiv sistemlərin qurulması, sistemli idarəetmə modellərinin yaradılması ilə bağlı məsləhətçisi kimi çalışır. Bir çox sahələr üzrə ixtisaslaşmış mütəxəssislərə iş tələblərini ödəyən, o cümlədən idarəetmə, şirkət etikası, əməkdaşlarda şirkət ruhunu və şirkət bütövlüyünün aşılanması mövzularında təlimlər keçir. “İş etikası” və “Şirkətlərdə korporativ ruh”, mövzularını akademik araşdırır. “xaqanisafarov.com” ünvanında bloqu fəaliyyət göstərir.

ƏMƏKDAŞLAR