Sat Academy
Rafiq Hunaltay
marketoloq, biznes təlimçi, bloqer, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini Marketinq (bakalavr və magistr) və Anadolu Universitetini PR ixtisası üzrə bitirib. Hazırda ADİU-da dissertantdır.

Marketinq sahəsində 8 ildən artıq iş təcrübəsin olan Rafiq bəy, İdeal parfum və kosmetika mağazaları şəbəkəsində marketinq departamentinə 7 il rəhbərlik etmişdir. Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Departamenti Rəhbəri vəzifəsini icra etmişdir. Hal-hazırda “Modern Group” Şirkətlər Qrupunda Biznes İnkişafı üzrə Direktorudur.

Rafiq Hunaltay bir çox şirkətlər üçün marketinq konsultasiya və kreativ konsept hazırlanmasını həyata keçirir.

Azərbaycanda ilk online marketinq portalı olan www.facemark.az -ın təsisçisi, Marketinq AIR təlimlərinin və FMR TV – onlayn marketinq televiziyasının həmtəsisçisidir.

Eyni zamanda illik olaraq keçirilən Milli Marketinq Forumu (MMF), Digital Marketing Conference (DMC), Satış Forumu, Maliyyə və İnvestisiya Forumu (FİF) həmtəsisçisidir.

“Bu günün marketinqi 1” (Bakı-2015), “Bugünün Marketinqi 2” (Bakı 2016) və “Böhrandan Yeni Dövrana” kitabının müəllifidir.

ƏMƏKDAŞLAR