Sat Academy
Anar Bayramov
marketoloq, peşəkar menecer, biznes təlimçi, biznes konsultant

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.

10 ilə yaxın menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. 2015-2017-ci ilin may ayına kimi Dəmirbank ASC-nin marketinq departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2018-ci ilin avqust ayına kimi Az-Granata Ticarət və Dağıtım şirkətinin baş direktoru vəzifəsini icra etmişdir. Hal-hazırda “Modern Group” Şirkətlər Qrupunda CEO vəzifəsini icra edir.

Anar Bayramov biznes təlimçi və biznes bloqçudur. Eyni zamanda, İqtisad Universitetinin MBA proqramında menecment və marketinq üzrə mühazirələr oxuyur. “Biznes nə istəyir?” (Bakı-2015), “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) və “Biznes idarəçiliyi” (Bakı-2018) kitablarının müəllifidir.

Praktiki marketinq təlimləri olan “Marketinq AİR”-in, Azərbaycanda hər il keçirilən Milli Marketinq Forumunun, internet marketinq TV olan FMR TV-nin yaradıcılarından biridir.

ƏMƏKDAŞLAR