Sat Academy

Stomarketinq proyekti

2016 ci ilin fevral ayından SatGroup şirkəti Stomarketinq proyektinə start verdi. Proyekt həkim –stomatoloqlar və stomatoloji klinikaların menecerləri üçün hazırlanıb. Kursda pasientlərlə effektli ünsiyyətin qurulması texnikaları, pasientlərə müxtəlif stomatoloji xidmətlərin düzgün təqdimi, həkimin şəxsi brendinqi və marketinq işlərinin təşkilinə dair əsas bilik və metodlar öyrədilir, praktiki məşqlər həyata keçirilir.
Son 5 ayda 50 dən çox stomatoloq və menecer bu kursda iştirak edib. Kurs barəsində onların təəssüratları ilə burdan tanış ola bilərsiniz.

  • 27.08.2016