Sat Academy

SAT Groupdan gənclərə müjdə

SAT Group şirkəti daim gənclərin inkişafına dəstək olmağa çalışır və bununla bağlı mütəmadi olaraq sosial layihələr həyata keçirir.

İyul ayının 23-ü tarixindən başlayaraq 22 yaşadək, satış işində çalışan və karyerasını inkişaf etdirmək istəyən gənclər üçün ödənişsiz Praktiki Satış kursu başlayacaq.

9 təlimdən ibarət olan kurs peşəkar təlimçilər tərəfindən keçirilir.Burada iştirakçılar sınaqdan çıxmış satış texnikalarını öyrənməklə yanaşı, yerindəcə onları tətbiq edir, məşq edir və özünküləşdirirlər. Çoxsaylı praktiki proseslər, yarışmalar, çəkişmələr və tapşırıqların sayəsində kurs ərzində verilən bilgilər maksimum həzm olunur. Dərhal nəticələr görünməyə başlanılır. İştirakçılar satış işinə uğurla başlıya bilər və qısa zamanda yaxşı gəlir əldə edə bilərlər.

Praktiki satış kursunun proqramı:

1-ci təlim Satıcı tipləri. Düzgün mövqe seçimi. Müştəri tipləri. Hər tipə uyğun yanaşma qaydaları. Satış adamı üçün daimi inkişaf düsturu.

2-ci təlim Satış adamı üçün baza hazırlıq. 4 inkişaf istiqaməti. Müştərini anlamaq bacarığı. Satıcı – ekspert olmaq. Satıcının ambisiyaları.

3-ci təlim Satış söhbətinin ilk addımı – müştəri ilə kontaktın qurulması. 10 ünsiyyət texnikası. “Başqasının dili ilə” məşqi. “Səmimi Kompliment” məşqi.

4-ci təlim Satış söhbətinin 2-ci addımı – müştərinin tələbatının aşkarlanması. Tələbatı aşkarlama texnikası. “Ağıllı suallar” tapşırığı.

5-ci təlim Satış söhbətinin 3-cü addımı – məhsulun təqdim olunması. “Faydaların dili ilə” tapşırığı. İstək yaradan təqdimat. XFS düsturu.

6-ci təlim Satış söhbətinin 3-cü addımı – məhsulun təqdim olunması. Təqdimatı gücləndirmə texnikaları. “Mənfi motivasiya” texnikası.

7-ci təlim Satış söhbətinin 4-cü addımı – müştəri etirazlarının həll olunması. Etirazların əsl səbəbləri. Etirazlarla işin addımları. “Kəskin döngə” texnikası.

8-ci təlim Satış söhbətinin 4-cü addımı – müştəri etirazlarının həll olunması. Qiymət danışıqları. Qiymətin təqdim olunma texnikası. Qiymət əsaslandırması. Qiymət etirazları ilə işləmə texnikaları.

9-cu təlim Satış söhbətinin 5-ci addımı – satışın bitirilməsi. Müştərini dərhal almağa sövq etmək üçün 5 əsas texnika. Satış söhbətinin tam formada məşqi. SME təlim – məşqi.

Əgər siz də karyeranızı satış sahəsində inkişaf etdirmək istəyirsinizsə qeydiyyatdan keçməyə tələsin.

Yerlər məhduddur.

  • 09.07.2018