Sat Academy

Qiymət Danışıqları – açıq təlimi

25 iyun tarixində Demirchi Tower iş mərkəzinin konfrans zalında satış menecerləri üçün çox maraqlı mövzuda – Qiymət danışıqları mövzusunda açıq təlim baş tutdu. Təlimi Satgroup şirkətinin direktoru, təcrübəli satış mütəxəssisi Azad Qəhrəmanov (gahramanov.com) təqdim edirdi. Tədbir çox maraqlı alındı. Həm verilən bilgilər böyük həvəslə qarşılanırdı, həm də iştirakçılar rastlaşıdqları müxtəlif çətinliklərlə bağlı suallarını spikerə verir və yerindəcə effektli məsləhətlər alırdılar. Tədbirin sonunda “açıq bazar” məşqi keçirildi. Bu zaman iştirakçılar həm öz satış bacarıqlarını sınağa çəkmiş oldular, həm də real müştərilər qazana, görüşlər təyin edə bildilər.

  • 27.08.2016