Sat Academy

Yüksək Satış

Satışlarınız ürək açan deyilsə, lakin inkişaf üçün perspektiv görürsünüzsə Sat Group şirkətinin hazırladığı “Yüksək Satış” proqramından istifadə edərək qısa müddətdə bu problemi həll edə, satışlarınızı sürətlə artıra bilərsiniz. Biz sizin biznesinizdə satışlara mane olan problemləri aşkarlayıb həll edəcək, komandanızı daha effektli və məhsuldar işləməyə sövq edəcəyik.

Gözlənilən nəticələr:
  • Satış sisteminin təkmilləşməsi
  • Satış komandasının məshuldarlığının yüksəlməsi
  • Satışların qısa müddətdə artması
Kimə lazımdır:
  • Böhran vəziyyətində olan şirkətlərə – qısa müddətdə satışa mane olan problemləri həll edib, satışları kəskin şəkildə artırmaq üçün.
  • Yeni başlayan şirkətlərə – işin başından hər şeyi düzgün edib uğurlu satış sistemi qurmaq və daha tez gəlirə çıxmaq üçün.
  • Uğurlu şirkətlərə – genişlənərkən və ya yeni bazarlara çıxarkən
Proqrama 3 blok daxildir:
  • Şirkətin marketinq və satış sisteminin, kadrların motivasiya vəziyyətinin, bacarıqlarının dərin analizi. Problemlərin aşkarlanması, imkanların göstərilməsi.
  • Marketinq və satış sisteminin təkmilləşdirilməsi üçün planın hazırlanması.
  • Komandanın satış bacarıqlarının artırılması və intensiv işə kökləndirilməsi.

Proqramı marketinq və satış sahəsində zəngin təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər – Anar Bayramov, Rafiq Hunaltay, İlkin Manafov və Azad Qəhrəmanov həyata keçirəcəklər. Onların əməkdaşlıq etdikləri şirkətlərə Embawood, Ideal Parfumeriya, AzGranata, German Studio, DəmirBank, Gilan Holding kimi şirkətlər daxildir.

Satışdakı problemləri qısa zamanda həll etmək və satışları yüksək səviyyəyə çatdırmaq üçün bizə müraciət edin.

Konsaltinq xidmətlərinə müraciət