Sat Academy

Sosial Media Marketinqi (SMM)

Niyə sizin sosial mediada (facebook, instagram, linkedin, youtube, twitter və s.) aktiv marketinqiniz olmalıdır?
  • SMM bu gün ən populyar, ən sərfəli reklam kanalıdır.
  • SMM bu günün trendidir. SMM-dən düzgün şəkildə istifadə etmədikdə rəqiblərimizdən geri qalırıq.
  • Müştərilərimizin ən çox vaxt keçirdiyi yer oradır. Orda olmasaq, mövcud müştərilərimizi də itirə bilərik.
  • Sosial media bizə imkan verir ki, az büdcə ilə məhz istədiyimiz müştəri qrupuna reklamımızı yonəldək. Bu, pulumuzun maksimum effektli istifadəsi deməkdir.
Sosial Media Marketinqini (SMM) biz hansı formada qururuq?
  • Biznesinizi, mövcud strategiyanızı, hədəflərinizi, müştərilərinizi təhlil edirik
  • Təhlilin nəticəsindən yola çıxaraq SMM strategiyası hazırlayırıq. SMM strategiyası hansı sosial şəbəkə üzrə hansı aktivliklər etməli olduğumuzu göstərən unikal plandır, yol xəritəsidir.
  • SMM büdcəsinin təyin olunması, büdcənin maksimum effektli istifadəsi qaydalarının hazırlanması.
  • SMM üzrə hesabatlığın hazırlanması. Hesabatlıq sizə imkan verəcək ki, hansı aktvliklərinizin daha effektli olduğunu, harda boşluqlarınızın olduğunu, hara fokuslanmaq lazım olduğunu görəsiniz.
  • SMM komandasının müəyyən olunması və hazırlanması.

Sosial media vasitəsi ilə satışlarınızı artırmaq və özünüzü geniş auditoriyaya tanıtmaq üçün bizə müraciət edin.

Konsaltinq xidmətlərinə müraciət