Sat Academy

Şirkətini qur

“Şirkətini qur” proqramı

  • Əgər siz öz işinizi uğurlu biznesə çevirmək, saat mexanizmi kimi çalışan şirkət qurmaq istəyirsinizsə və bu zaman özünüzü səhvlərdən və mənasız pul itkilərindən sığortalamaq, sağlam bünövrəsi olan, davamlı inkişaf edəcək şirkətə sahib olmaq istəyirsinizsə
  • hələlik kiçik lakin böyük ümidlər bəslədiyiniz müəssisənizi yeni bir səviyyəyə qaldırmaq, böyütmək və ya genişləndirmək istəyirsinizsə

Sat Groupun “Şirkətini qur” proqramından istifadə edin. Qoy bizim peşəkar mütəxəssislərimiz (onlarla buradan tanış ola bilərsiniz) bir müddət sizin üçün çalışsınlar.

Onlar sizin üçün aşağıdakı vacib işləri görəcəklər:

  1. Şirkətin düzgün şəkildə qeydiyyatı, hüquqi və maliyyə məsələlərinin tez və effektli qurulması
  2. Biznes modelin – şirkətdəki bütün iş proseslərinin məcmusunun, şirkətin ümumi sisteminin hazırlanması.
  3. Şirkətin inkişaf strategiyanın qurulması. Hədəflərin müəyyən olunması. Bazarda düzgün mövqe seçimi. İnkişaf xəritəsinin çəkilməsi.
  4. Sizə uyğun, effektli marketinq / satış sisteminin qurulması. Marketinq və satış personalının yetişdirilməsi, təlimatlandırılması.
  5. Maliyyə sisteminin düzgün qurulması.
  6. Uğurlu personal seçimi üçün istiqamət və kriteriyalar.
  7. Ümumi idarəçilik sisteminin hazırlanması. Rəhbər şəxsin və ya şəxslərin təlimatlandırılması.

“Şirkətini qur” proqramından istifadə etməklə siz nə qazanacaqsınız.

  • Şirkətinizin özülünü sağlam quracaq və davamlı şəkildə inkişaf edəcəksiniz
  • Özünüzü bir çox səhvlərdən (hansını ilk addımlarda 95% sahibkarlar buraxırlar) və faydasız pul məsrəflərindən qoruyacaqsınız.
  • Qısa müddətdə müştəri cəlb edə biləcək və daha tez gəlirə çıxacaqsınız.
  • Müştəri bazanızı artırmaq və əldə saxlamaq üçün mükəmməl iş sisteminə sahib olacaqsınız.
  • Rəqabətə daha davamlı olacaq, kritik durumlarda nə etməli olduğunuzu biləcəksiniz.
  • Sağlam və işlək komandanız olacaq.
  • Biznesinizi asan idarə edəcək və işinizdən zövq alacaqsınız.

Şirkətinizi bünövrədən sağlam qurmaq və sürətlə inkişaf etmək üçün bizə müraciət edin

Konsaltinq xidmətlərinə müraciət