Sat Academy

Satış sisteminin qurulması

Satış şirkətin əsas hərəkətverici qüvvəsidir. Effektli satış sistemi olan şirkətlər daha çox qazanır və sürətlə inkişaf edirlər.

Əgər siz
  • Ən qısa zamanda satışlarınızı artırmaq istəyirsinizsə;
  • Satışlarınızın davamlı olaraq yüksəlməsini istəyirsinizsə;
  • Satış komandanızın çevik və effektli olmasını, rəqiblərlə layiqli mübarizə apara bilməsini istəyirsinizsə;
  • Satış komandanızın gücünü, bacarığını, məhsuldarlığını artırmaq istəyirsinizsə;
  • Kortəbii deyil, müasir, inkişaf etmiş satış sistemi qurmaq istəyirsinizsə,
Bütün bunları qısa zamanda SAT Group ilə reallaşdıra bilərsiniz.

SAT Group komandası bu işi Azərbaycanda ən yüksək səviyyədə həyata keçirən peşəkar mütəxəssislərdən ibarətdir. Bu komanda bu vaxta kimi müxtəlif sənaye sahələrində çalışan bir çox şirkətlərdə bu işi müvəffəqiyyətlə reallaşdırmışlar.

Satış sisteminin qurulması aşağıdakı şəkildə həyata keçirilir:
  • Mövcud satış sisteminin təhlili ilə boşluqların, çatışmazlıqların, problemlərin və imkanların üzə çıxarılması
  • Mövcud vəziyyətdən irəli gələrək biznesinizə uyğun satış sisteminin hazırlanması
  • Müştəri məlumat bazasının yaradılması və ya lazımi səviyyəyə çatdırılması
  • Mövcud müştərilərə satışın artırılması üçün sistemin qurulması
  • Yeni müştəriləri qazanmaq üçün effektli satış planının hazırlanması
  • Satış hesabatlıq sisteminin qurulması
  • Satış planlama sisteminin yaradılması
  • Satış işçilərinin daha çox satmasını təmin edən satışa dəstək planınınticari şərtlərin hazırlanması
  • Satış marşrutlarının hazırlanması
  • Satış komandasının optimallaşdırılması
  • Satış işçilərinin bonus/maaş sisteminin təkmilləşdirilməsi
  • Effektli qiymətqoyma sisteminin yaradılması
  • Satış sisteminin davamlı təkmilləşdirilməsini təmin edəcək sadə satış analitikasının formalaşdırılması
  • Satış işçilərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi
  • Satış işçilərinin peşəkarlığının və satış biliklərinin artırılması.

Satışlarınızı davamlı olaraq artırmağa və idarə etməyə kömək edəcək satış sisteminə sahiblənmək üçün bizə müraciət edin

Konsaltinq xidmətlərinə müraciət