Sat Academy

Marketinq sisteminin qurulması

Hər bir şirkətin onun satışlarını sürətlə artıracaq, imicinin davamlı yüksəlməsinə səbəb olacaq, güclü brendə çevrilməyinə kömək edəcək marketinqə ehtiyacı var.

Uğurlu marketinqin olmaması
  • Satışların tez-tez aşağı düşməsinə;
  • Müştərilərin şirkəti tərk etməsinə;
  • İmicin korlanmasına;
  • Vaxtın və pulun boşuna, effektsiz reklamlara xərclənməsinə;
  • Əziyyətlə qazanılmış bazar payının asanlıqla itirilməsinə səbəb olur.
Əgər siz
  • Satışlarınızın davamlı olaraq artmasını;
  • Uğurlu imicinizin olmasını;
  • Güclü brend yaratmağı;
  • Rəqiblərlə mübarizədə ciddi üstünlüklərinizin olmasını;
  • Reklamlarınızın tam hədəfə dəyməsini və effektli olmasını istəyirsinizsə,

bu işi Azərbaycan şəraitində ən yüksək səviyyədə həyata keçirə bilən təcrübəli mütəxəssislərə həvalə edin. Sat Group marketerlər komandası Azərbaycanın bir çox uğurlu brendlərinin yaradılmasında, sürətlə inkişaf edən şirkətlərin, bizneslərin yaradılmasında həlledici rol oynamış şəxslərdir. Siz çox asanlıqla bu komandanı öz işinizə cəlb edə və biznesinizi inkişaf etdirə bilərsiniz.

Marketinq sisteminin qurulması aşağıdakı şəkildə həyata keçirilir:
  • Mövcud marketinq sisteminin, müştəri bazasının, bazarın təhlili ilə boşluqların, çatışmazlıqların, problemlərin və imkanların üzə çıxarılması
  • Mövcud vəziyyətdən irəli gələrək biznesinizə uyğun marketinq strategiyasının hazırlanması
  • Kritik vəziyyətdən çıxmaq üçün qısamüddətli marketinq planının hazırlanması
  • Müştərilərin düzgün seqmentasiyasının aparılması
  • Böhran dövrü üçün özəl marketinq həllərinin işlənməsi
  • Marketinq büdcəsinin düzgün planlanması. Büdcə nə qədər olmalıdır? Necə bölünməlidir? Pul hara xərclənməlidir?
  • Məhsulların optimallaşdırılması. Məhsul portfelində hansı məhsullar qalmalıdır? Hansı məhsullara xüsusi diqqət yetirilməlidir?
  • Şirkətin imcinin davamlı yaxşılaşmasına səbəb olacaq brendinq strategiyasının hazırlanması.
  • Müştərilərin daim sadiq qalmasını, daha çox alış etməsini təmin edəcək CRM sisteminin qurulması.
  • Bazara və biznesin xüsusiyyətinə uyğun qiymət strategiyasının hazırlanması.
  • Satışın arıtırılması üçün reklamlar, kampaniyalar sisteminin hazırlanması.
  • Sosial şəbəkələrdə (Facebook, instagram, youtube və s.) marketinqin daha effektli aparılması üçün planın hazırlanması.

Satışlarınızın davamlı olaraq artmağına kömək edəcək uğurlu marketinq sisteminə sahib olmaq istəyirsinizsə, aşağıdakı hissədən bizə müraciət edin

Konsaltinq xidmətlərinə müraciət