Sat Academy

İdarəetmə sisteminin qurulması

Bir çox kiçik və orta bizneslərdə idarəçiliklə bağlı aşağıdakı problemlər müşahidə olunur:
  • İş gedir, amma komandada xaos var.
  • İşçilərin daim məhsuldar işləməsini təmin edən sistem yoxdur
  • İşçilər həvəslə işləmir
  • Bonus sistemi effektli deyil. Yəni əməkdaşları daha çox işləməyə, özlərini təkmilləşdirməyə sövq etmir.
  • Biznes funksiyaları arasında uçurum var. Satış istehsalatı başa düşmür, istehsalat rəhbərliyin tələbini və s.
  • Rəhbər hamıdan çox işləyir.
  • Planlama yoxdur və ya effektli deyil. İstehsal planı, satış planı və s.
  • Şirkəti inkişaf etdirmək üçün hansı istiqamətdə pul xərcləmək lazım olduğu aydın deyil.
  • Xərclər həddini aşıb və nəzarətdən çıxıb.
  • İşləri çatdırmaq olmur.
  • Komandanın bilik və bacarığının hansı səviyyədə olması bəlli deyil. Dəyişiklik edilməlidir, yoxsa elə bu komanda ilə davam edilməlidir?
  • Problemlər vaxtında görülmür və sonradan baha başa gəlir.
Bu problemlər şirkətinizdə idarəetmə sisteminin qurulması ilə birdəfəlik aradan qalxacaq.

SAT Group şirkətinin zəngin və peşəkar idarəçilik təcrübəsinə malik mütəxəssisləri bu işi sizin üçün ən yüksək səviyyədə həyata keçirəcəklər. Şirkətinizdə effektli idarəetmə sistemi aşağıdakı formada qurulacaq.

  • Şirkətdə idarəçiliklə bağlı problemlər və imkanlar üzə çıxarılıb sizə təqdim olunacaq.
  • İdarəçilik problemlərinin həlli yolları göstərilərək məhz sizin biznesə uyğun, uğurlu idarəçilik sistemi qurulacaq.
  • İşlərə və işçilərə nəzarət sistemi hazırlanacaq
  • İşçilərin rəhbər şəxslərə hesabat vermə formaları müəyyənləşdiriləcək, hesabatlıq sistemi işə salınacaq.
  • Bütün işçilərin yüksək həvəslə işləməsini təmin edən həvəsləndirmə sistemi
  • Biznesinizin uzunmüddətli inkişafını təmin edəcək idarəçilik strukturu yaradılacaq.
  • İstehsal planlaması, satış planlaması sistemi hazırlanacaq.
Əldə edəcəyiniz faydalar:
  • İdarəçilik asan və zövqlü olacaq.
  • Bütün komanda yüksək məhsuldarlıqla işləyəcək.
  • Şirkətləşmə gedəcək və biznesinizin davamlı inkişafının əsası qoyulacaq.
  • Özünüz və komandanız gördüyünüz işin nəticəsini daha aydın izləyə biləcəksiniz.
  • Biznesinizin gələcəyini, hara getdiyini daha aydın görəcəksiniz.
  • Problemləri, çatışmazlıqları vaxtında aşkar edib aradan qaldıra biləcəksiniz.
  • Uğurlu idarəçi olmaq üçün bütün lazımi biliklərə və alətlərə sahib olacaqsınız.
  • Resurslarınız (pul, vaxt, işçi, informasiya və s.) yalnız biznesinizin inkişafına, biznesinizə dəyər gətirən sahələrə yönəlmiş olacaq.
  • İşləri daha az vaxtda və daha keyfiyyətlə görə biləcəksiniz.

Şirkətinizə effektli idarəetmə sistemi qurmaq istəyirsinizsə, mövcud idarəetmə sisteminizi təkmilləşdirmək istəyirsinizsə, bizə müraciət edin.

Konsaltinq xidmətlərinə müraciət