Sat Academy

Biznes İdarəçiliyi forumu! İdarəçilikdə Yeni Dalğa!

02 Noyabr, Bulvar oteldə biznes sahiblərini və top menecerləri bir araya gətirən Biznes İdarəçiliyi Forumu keçirildi.

Forumda Biznes İdarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün xüsusi dəvət olunmuş mütəxəssislərin çıxışları oldu və vacib müzakirələr aparıldı. Biznes İdarəçiliyi Forumunun keçirilməsinin əsas məqsədi dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır.

Biznes İdarəçiliyi forumunda müxtəlif sferalarda çalışan idarəçilər dəyərli təcrübələrini iştirakçılarla paylaşdı. Bildirmək istərdik ki, 224 nəfər sahibkar və top menecerin iştirak etdiyi Biznes idarəçiliyi forumu ölkədə ilk dəfə keçirilmişdir.
Biznes İdarəçiliyi Forumu İdarəetmə Sistemləri, Milli Keyslər və Strategiya mövzuları üzrə 3 paneldən ibarət idi. Hər paneldə 1 moderator və 3 spiker olmaqla toplamda 13 nəfər mütəxəssis çıxış etmişdir: Sakit Səmədov (Destec Group – Baş direktor), Orhan Gültekin (Rabitəbank – İdarə Heyəti Sədrinin Müavini), Elgün Məmmədov (Gilan Otellər Qrupu – Baş İcraçı Direktor), Əfsun Qurbanov (Morpho – İdarəedici Tərəfdaş), Kamran Eyyubov (RDM MMC – Baş Direktor), İlkin Manafov (Mutfakçı – Sahibkar), Qafar Demirçi (AGA Group – Vitse Prezident), Ehtiram Quliyev (Huner Group – Təsisçi, Baş Direktor), Murad Kərəmov (Turizm.az – Direktor), Xəqani Səfərov (Avrora Şirkətlər Qrupu – Təşkilatı inkişaf və İnsan Resursları Departamentinin direktoru), Anar Bayramov (Modern Group – Baş Direktor), Vüqar Zeynalov (Sahibkarlar Konfederasiyası – Vitse Prezident), Sevda Güner (Stratejik İletişim Danışmanı/ Analist/ Yazar).

Bütün tərəfdaşlara dəstəkləri üçün təşəkkür edirik!

Təşkilatçı: SAT Group

Baş sponsor: BSC Group

Sponsor: Rabitəbank

Kreativ tərəfdaş: Morpho

Çap və promo tərəfdaşı: Antaris

Dijital tərəfdaş: Digetollo

Proqram tərəfdaşı: Logix

Tərəfdaşlar: Ticketsetup, Qmeter, Fil agency, Marketing Air, SAT Academy, Max Techno, Flame Tour

Media tərəfdaşlar: Marja.az, Financetime.az, Facemark.az, Baku.WS, Finans.az

  • 10.01.2019