Sat Academy

Biznes İdarəçilik Forumu

Biznes İdarəçilik Forumu SAT Group komandası tərəfindən ilk dəfə təşkil olunur.

Azərbaycanda Biznes İdarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir. Bu baxımdan Biznes İdarəçiliyi Forumunun keçirilməsində əsas məqsəd dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır.

Biznes İdarəçilik Forumu bu ilin 02 Noyabr tarixində Bulvar Hotel-in Tağıyev zalında keçiriləcəkdir. Forumda ən az 200 nəfər sahibkar və top menecerin iştirakı nəzərdə tutulub. Biznes idarəçilik forumu ilk dəfə keçiriləcək.

Forumdan əldə edəcəyiniz faydalar:

– Real idarəçilik keysləri ilə tanışlıq;
– Müzakirələr vasitəsilə idarəçiliklə bağlı önəmli suallara cavabların tapılması;
– Biznes adamları ilə networking imkanı;

Foruma biletləri saytdan “Bilet Sifariş Et” bölməsindən sifariş edə bilərsiniz. Biletin qiyməti 90 manatdır. Qiymətə Bulvar Hotel-in restoranında nahar və coffee-break fasiləsi daxildir. Çatdırılma pulsuzdur. Forum boyu twitter həştəqimiz #bif2018 aktiv olacaq. İstər Forumdan öncə, istərsə də Forum ərəfəsində öz suallarınızı, irad və təkliflərinizi həştəqi qeyd edərək twitter-dən yaza bilərsiniz.

Bizimlə əlaqə saxlaya bilərsiniz:

Tel.: 055 212 00 15 (Mirorxan Qasımov), mail: [email protected]

  • 07.09.2018